Bütün xəbərlər
Günahına görə uşaq boğulan hovuzun təlimatçısı məhkum edilib
Tarix: 29-11-2024 18:16 | Bölmə: Cəmiyyət

Başqırdıstanda azyaşlının günahı ucbatından suda boğularaq ölən üzgüçülük hovuzunun xilasedicisi təlimatçısına hökm oxunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə 2024-cü il martın 2-də baş verib. Başqırdıstan Respublikasının Abzelilovski rayonunun Askarovo kəndində 5 yaşlı uşaq “Batır” idman-istirahət kompleksinin hovuzunda üzüb. Azyaşlının anası üç böyük uşağı ilə hovuzda olub.
“İstintaq və məhkəmənin müəyyən etdiyi kimi, hadisəyə səbəb təlimatçı tərəfindən öz vəzifə borcunu lazımınca yerinə yetirməməsi, uşağın anasına təhlükəsizlik qaydalarına riayət olunması barədə göstəriş verməməsi, uşağı xüsusi su təhlükəsizliyi vasitələri ilə təmin etməməsi, və ona hovuzda müstəqil üzməyə icazə verib”, - deyə, regional İstintaq Komitəsinin bəyanatında deyilir.
Məhkəmə həmin şəxsi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilib və 1 il 8 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edib. O, həmçinin 2 il müddətinə su obyektlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Hökm hələ qanuni qüvvəyə minməyib.



Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər