Bütün xəbərlər
Adam oğurluğunda şübhəli bilinən qrup üzvləri saxlanılıb
Tarix: 04-12-2024 17:14 | Bölmə: Cəmiyyət

Moskva vilayətində polis adamı 5 milyon rubla qaçıran şəxsləri saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin cinayət axtarış idarəsinin əməkdaşları Rusiyanın Yeqoryevsk üzrə Daxili İşlər İdarəsi ilə birlikdə 46, 44 və 41 yaşlı üç yerli sakini saxlayıblar. Onlar adam oğurluğunda şübhəli bilinirlər.
İlkin məlumata görə, noyabrın 5-də bir qrup şəxs bir nəfəri tapança ilə hədələyərək zorla maşına mindirib və fərdi yaşayış evinə aparıb və zərərçəkmişi 3 gün orada saxlayıblar. Adamın azad edilməsi üçün 5 milyon rubl tələb ediblər.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər