Bütün xəbərlər
Şəxsi evdə qayınana və gəlin ölüb
Tarix: 29-11-2024 23:47 | Bölmə: Cəmiyyət

Cümə günü Dağıstanın Levaşinski rayonunun iki sakini dünyasını dəyişib, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Axkənd kəndində yaşayış binasında 51 və 20 yaşlı iki qadının meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Ölənlərin qohumları - qayınana və gəlin olduğu dəqiqləşir.
“İlkin versiyaya görə, hadisəyə səbəb bacanın nasazlığı nəticəsində dəm qazından zəhərlənmə olub”, - deyə, idarədən bildirilib.
İstintaq Komitəsinin əməkdaşları hadisə ilə bağlı istintaqa hazırlıq aparır, faciənin bütün halları müəyyən edilir.
Xatırladaq ki, bir müddət əvvəl İnquşetiyanın Malqobek rayonunun Psedax kəndində yerləşən evdə qaz partlamışdı. Hadisə nəticəsində bir qadın həlak olub, üç uşaq isə yaralanıb. Hadisə anı videoya düşüb.



Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər