Bütün xəbərlər
Ögey oğlunu şikəst edən istintaq təcridxanasına göndərilib
Tarix: 29-11-2024 17:46 | Bölmə: Cəmiyyət

Kemerovo vilayətində 12 yaşlı ögey oğluna təcavüz edən şəxs 2 ay müddətinə istintaq təcridxanasına göndərilib, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həbs edilən şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin azyaşlıya işgəncə vermə və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə cinayət işi başlanıb.
“Məhkəmə təqsirləndirilən şəxs barəsində 2025-ci il yanvarın 27-dək həbs qətimkan tədbiri seçib”, - deyə, prokurorluqdan bildirilib.
Daha əvvəl bildirilib ki, Prokopyevsk şəhərində 12 yaşlı yeniyetmə evdən çıxıb və geri qayıtmayıb. İki gün sonra o, yerli supermarketlərdən birində sağ tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanın qaçmasına səbəb kimi ögey atasının ögey oğlunu mütəmadi olaraq təhqir etməsi, onu gecəni qızdırılmayan otaqda paltarsız keçirməsi və döyməsinin uşağın görkəminin dəyişməsinə səbəb olduğunu bildirib.
Oğluna qarşı zorakılıqda qaçqının anası da yoldaşı ilə birlikdə iştirak edib. Qadın saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlara işgəncə vermək və yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməmək maddələri ilə ittiham olunub.
Oğlan ailədən çıxarılaraq sosial müəssisəyə köçürülüb. Onunla psixoloqlar işləyir.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər