Bütün xəbərlər
Rutte: "NATO Rusiyanın kiber fəaliyyətinə qarşı tədbirlər haqqında razılığa gəlib"
Tarix: 04-12-2024 17:08 | Bölmə: Dünya
NATO-nun xarici işlər nazirləri Rusiyanın kiber fəaliyyətlərinə qarşı fəal tədbirlər haqqında razılığa gəliblər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bunu blokun baş katibi Mark Rutte deyib.
Alyansa üzv ölkələrin diplomatik idarə rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra baş katib məlumat verib ki, tədbirlərə kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi və əlavə təlimlərin keçirilməsi daxildir.
NATO ölkələri həmçinin mühüm infrastrukturun mühafizəsini gücləndirmək və kibermüdafiəni təkmilləşdirmək niyyətindədirlər. Alyans “Rusiyanın kölgə neft ixracat donanmasına” qarşı sərt tədbirlər görməyi planlaşdırır.
Ruttenin sözlərinə görə, NATO bütün bu məsələlərdə Avropa İttifaqı ilə birgə çalışacaq.
Bundan əvvəl baş katib təsdiqləyib ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri Rusiyanın ən son hipersəs ballistik raketi “Oreşnik”dən istifadəsini müzakirə edəcəklər.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər