Bütün xəbərlər
Naməlum şəxs bıçaqla polisə hücum edib
Tarix: 24-11-2024 11:07 | Bölmə: Cəmiyyət

Rostov-na-Donu dəmir yolu vağzalında bir nəfər polis əməkdaşına hücum edərək onu ciddi bıçaqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polis özünümüdafiə məqsədilə xidməti silahından atəş açmağa başlayıb və hücumçunu ayağından yaralayıb.
Rostov vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsi yerli "Panorama" portalına bildirib ki, hücum- polis bir neçə vətəndaşın sənədlərini çanta və sandıqla yoxlayarkən törədilib. Həmin şəxs yaxınlıqda dayanıb, daha sonra qəfildən asayiş keşikçisinə hücum edərək onun boynundan bıçaqlayıb.
Yaralı polis əməkdaşı hazırda reanimasiyadadır. Hücum edən şəxs də müalicə üçün mühafizə altında xəstəxanaya aparılıb.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər