Bütün xəbərlər
İstanbulda terror aktının qarşısı alınıb
Tarix: 08-12-2017 23:28 | Bölmə: Reportaj

İstanbulda terror aktı hazırlığında olan İŞİD qruplaşmasına məxsus dəstə zərərsizləşdirilib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni vaxtda şəhərin üç rayonunda antiterror əməliyyatları keçiriblər. Nəticədə dördü əcnəbi ölkə vətəndaşı olmaqla beş nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib. Onlardan terrorçuluq məqsədilə istifadə olunan xeyli ləvazimat aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.


Baxış sayı: 777


Bölməyə aid digər xəbərlər