Bütün xəbərlər
Əhəd Abıyevin qardaşı işdən çıxarıldı - Yeni təyinat
Tarix: 21-02-2020 19:02 | Bölmə: Karusel

                   Əhəd Abıyevin qardaşı işdən çıxarıldı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub. 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazir polis polkovnik-leytenantı Elvin Abbasovu İdarənin Qərb Regional Şöbəsinin rəisi vəzifəsinə təyin edib.
Eyvazovun digər əmri ilə Qərb Regional Şöbəsinin rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. 
Qeyd edək ki, Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.


Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər