Bütün xəbərlər
İçərişəhər Ağsaqqallar Şurasının üzvləri Təşəkkürnamə ilə təltif olunub
Tarix: 21-09-2022 14:27 | Bölmə: Sosial

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə 20 sentyabr 2022-ci il tarixində İçərişəhər Ağsaqqallar Şurasının üzvləri Miniatür Kitab Muzeyinin yaradıcı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, dosent Səadət Qəndilova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, keramika ustası, heykəltəraş-rəssam Mir Teymur Məmmədov ilə görüşüb.
    Görüşdə onların əvvəlki illərdə uğurlu fəaliyyətindən, İdarə ilə İçərişəhər sakinləri arasında münasibətlərin sıx əməkdaşlıq çərçivəsində qurulmasında Şura üzvlərinin mühüm rolundan danışıblar.
   Görüşün sonunda isə Şura üzvlərini göstərdikləri xidmətlərə görə Təşəkkürnamə ilə təltif edib.
    Xatırladırıq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində 2009-cu ildə yaradılmış İçərişəhər Ağsaqqallar Şurasının məqsədi Qoruq sakinlərinin ictimai rəyini nəzərə alaraq, mövcud məsələlərin həllində əməkdaşlıq edərək, şəffaflığı, obyektivliyi təmin etməkdir.

Sabaha-inamla.az










Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər