22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
HEYDƏR ƏLİYEV – MÜSTƏQİL AZƏRBAYCAN VƏ GÜCLÜ İQTİSADİYYAT
Tarix: 03-10-2018 19:45 | Bölmə: Sosial
3 oktyabr 1993-cü il müasir müstəqillik tarixinin qürurverici səhifəsidir. Məhz həmin gündən ölkəmizin yeni iqtisadi və siyasi şərait üçün zəruri əhəmiyyətə malik həm xilaskarlıq, həm də inkişaf dövrü başlandı. Ulu öndər böyük Heydər Əliyev bu tarixdə müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi.
Ulu Tanrının xalqımıza bəxş etdiyi böyük xoşbəxtliklərdən biri də ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi fəaliyyət göstərməsi və uğurlu strateji xəttin başladılması ilə ifadə oluna bilər. Ən mühüm iqtisadi layihələrin gerçəkləşdirilməsi, iqtisadi potensialın artırılması, müttəfiq ölkələr arasında respublikamızın ön cərgələrdə təmsil olunması, iqtisadi qüdrətin böyük göstəricilər və gerçəkliklər əsasında təminatı və digər nailiyyətlər məhz Heydər Əliyev siyasətinin İttifaq dövründə belə, dövlətimizə qazandırdığı dəyərlərdən sadəcə bir hissədir.
Milli iqtisadi quruculuq prosesləri fonunda xalq təsərrüfatının bütün sahələrində davamlı yüksəlişin əldə olunması, bütün cəhətlərlə yanaşı sanki, ölkəmizin hazırkı müstəqillik dövrü üçün də tam hazırlanmasına hesablanmışdır. Elə təsadüfi deyil ki, bu gün dillər əzbərinə çevrilən “Ulu öndər ölkəmizin müstəqil dövlətə çevrilməsini elə keçmiş İttifaq dövründən təmin etmişdir” deyimi özünün böyük təsdiqini tapmaqdadır. Buna çoxlu əsaslarımız da var. Belə ki, dahi rəhbərin ölkəmizə başçılıq etdiyi 1969-1982-ci illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bununla da bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilin iqtisadi inkişafına bərabər idi.
Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi həmin dövrlərdə nəhəng iqtisadi layihələr gerçəkləşdirilərək inkişaf edən bütün sahələrdə özünə kök saldı. Bu, çox çətin və əhəmiyyətli bir məsələ idi. Çünki həmin dövrdə bunları təmin etmək üçün keçmiş SSRİ rəhbərliyi ilə münasibətlər yüksək səviyyədə olmalı idi. Məhz bu idarəetmə mexanizmi yalnız Heydər Əliyev böyüklüyündə var idi. On beş müttəfiq respublika içərisində təkcə Azərbaycanın bu cür yüksək intibah dövrünü yaşaması bunu təsdiq edir. Məsələn, 1969-1982-ci illərdən ibarət uğurlu zaman kəsiyində ölkə iqtisadiyyatının mühüm aparıcı və böyük potensiala malik sahəsi olan sənayedə də, digər sahələrdə olduğu kimi yüksək nailiyyətlər əldə edilmişdir. Bu dövrdə sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmışdır. Respublikanın sənayesi keçmiş İttifaqın bütün respublikaları arasında orta illik 7,9 faizlik artım göstəricisi ilə daha yüksək sürətlə inkişaf edirdi.
Böyük Heydər Əliyev elə böyük bir zirvə idi. Və rəhbərliyinə aid olan bütün zamanlarda respublikamızı da həmin zirvəyə qaldırmışdır. İttifaq rəhbərliyinin Azərbaycana hədsiz diqqətini təmin edən bu dahi rəhbər özünün siyasi çevikliyi, böyük idarəetmə bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə hər addımda əvəzolunmaz nailiyyətlər ərmağan edirdi. Siyasi uğurların iqtisadi tərəqqiyə çevrilməsi Onun siyasətinin ən mühüm ünsürü idi. Bu da təbii ki, iqtisadiyyatın bütün sahələrində bərabər, tarazlı, müqavimətli, müvazinətli, davamlı və dayanıqlı inkişafın əsaslarını bərqərar etməklə, Azərbaycanın iqtisadi qüdrətinin yüksək dinamika ilə artımını təmin edirdi.
Bu bir həqiqətdir ki, respublikamızı böyük Heydər Əliyevin tikdirdiyi binaları, nəqliyyat infrastrukturunu, təmin etdiyi su potensialını, ümumiyyətlə, gerçəkləşdirdiyi iri layihələrin nəticələrini təsəvvür etmədən düşünsək, onda quru bir səhra nəzərimizdə canlanmış olar. Həmin dövrlərdə məhz uzaq gələcək üçün hesablanmış tədbirlərə start verilərək respublikanın iqtisadi potensialına çox mühüm və strateji dəstək olunurdu. İnşaat sektorunun davamlı inkişafı nəhəng tikinti meydançasını təqdim etməkdə idi. Məhsuldar qüvvələrin səmərəli bölüşdürülməsi, onlardan faydalı istifadənin təmin olunması bu sahədə də uğurlu nəticələr qazandırmaqda idi.
Hazırkı dövrdə də Prezident cənab İlham Əliyev tərəfindən çox zəruri və mühüm amil kimi önəm verilən insan amilinə qayğı da məhz 1969-1982-ci illərdən öz başlanğıcını götürmüşdür. Hər bir azərbaycanlının təhsil alması, sağlam olması, elmi səviyyəsinin, mədəni yüksəlişinin, intellektual qabiliyyətinin inkişafı, xalq, millət, dövlət üçün yararlılıq keyfiyyətlərinin daim diqqətdə saxlanılması, milli ruhun üstün tutularaq milli maraqlara xidmət olunması Heydər Əliyev siyasətinin ən vacib tərkib hissələrindəndir. Bu baxımdan da həmin illərdə tikilən 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri iqtisadi potensialın ən yüksək zirvəsini təmin edirdi. 1982-ci ildə istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969-cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdır. Bütün bunlar isə söz yox ki, Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin xalqla, dövlətlə qırılmaz tellərlə bağlılığını bir daha təsdiq edirdi.
Ulu öndərimizin uğurlu iqtisadi siyasətinin əsaslarından biri kimi istinad etdiyimiz insan potensialının inkişafı, təkmilləşdirilməsi və səmərəli istifadəsi meyarlarının hazırlanmasından ibarət olan siyasət hər addımda özünün uğurlu nəticələrini göstərməkdə idi. Kadr potensialının gücləndirilməsi ilə müşayiət olunan bu proses 1969-1982-ci illərdə də diqqət mərkəzində saxlanılan ən zəruri məsələ, amil idi. Həmin illərdə iqtisadiyyatın sürətli və hərtərəfli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili sistemi xeyli gücləndirilmişdir. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilirdi. Bu proses çox uğurlu istiqamətdə davam edərək, hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbənin yola salınması təmin edilirdi.
Tərəddüd etmədən qeyd edə bilərik ki, hər bir ölkə özünün siyasi nailiyyətlərini yüksələn xəttlə davam etdirmək üçün iqtisadi inkişafının təminatını ana məqsədlərdən biri kimi nəzarətdə saxlayır. Yəni iqtisadi potensialın artmasını siyasi möhkəmlilik gətirən çox zəruri amillər içərisində qəbul edir. İqtisadiyyatın müxtəlif sahələrində sağlam mühitin kök salması, iqtisadi subyektlərin səmərəli fəaliyyətinin təmin olunması, etibarlı, dayanıqlı və müqavimətli proseslərə düzgün istiqamət verilərək milli iqtisadi inkişaf üçün yönləndirilməsi 1969-1982-ci illərdə on beş müttəfiq respublika içərisində Azərbaycanın etibarını daha da möhkəmlətmiş və təbii ki, bu da Heydər Əliyev siyasətinin müdrikliyinə böyük əsaslar gətirmişdir. Şübhəsiz ki, inkişaf yolu ilə gedən heç bir ölkənin iqtisadiyyatı təksahəli ola bilməz. Bu baxımdan da iqtisadiyyatının tərəqqi, yüksəliş, intibah dövrünü yaşayan Azərbaycan dahi rəhbərin siyasi fəaliyyətinin birinci mərhələsində, yəni 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində əsrə bərabər uğurlar əldə etmişdir. Məlumdur ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 1969-1982-ci illərdə xalq təsərrüfatının bu aparıcı sahəsində sözün həqiqi mənasında misli görünməmiş yüksək nailiyyətlər əldə edilmişdir. Həmin illərin sosial-iqtisadi inkişaf xronikasına diqqət edərkən bunu açıq şəkildə görə bilərik. 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə artmışdır. 1982-ci ildə 1211,3 min ton taxıl, 558,9 min ton pambıq, 1815,6 min ton üzüm, 916,7 min ton tərəvəz, 57,0 min ton tütün, 345,0 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.
Bu günkü Azərbaycan öz dayaqlarını, gücünü, qüdrətini, inkişaf istiqamətlərini, yüksəliş meyarlarını, tərəqqi potensialını, intibah gerçəkliyinin məğzini məhz ulu öndərimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərdəki dövründən almaqdadır. Onun ideya və siyasi xəttindən götürməkdədir. Təbii ki, bu bizə böyük stimul verir. Dövlətimizin qazandığı hər bir uğur, cənab Prezidentin həmin siyasətə olduğu qədər sadiqliyindən və dahi rəhbərimizin görmək istədiyi miqyasdakı tətbiqindən qaynaqlanır. Heydər Əliyev siyasəti hər birimizin sevinc, iftixar rəmzimizdir. Son iyirmi ildə ölkəmizin qazandığı genişmiqyaslı, bütün sahələri əhatə edən, gələcək üçün böyük ümidlər doğuran, hər kəsin gündəlik həyatında özünü göstərməklə, dövlətimizin güc və qüdrətinə çevrilən nailiyyətlər məhz dahi şəxsiyyətin uzaqgörən siyasi fəaliyyətinin bazası əsasında mümkün olmuşdur.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli yüksəlişinə bir neçə istiqamətdə təkan olmuşdur. Məhz 1969-1982-ci illərdən başlanan həmin dəstək sonralar müstəqillik illərini də əhatə etməklə, Onun siyasi fəaliyyətinin Naxçıvan Muxtar Respublikası dövrünü və 1993-cü ildən ölkəmiz miqyasında davamından ibarətdir. Sanki, Ulu Tanrı xalqımızı ən çətin anlardan xilas etmək üçün bu tarixi şəxsiyyəti xilaskar kimi göndərmişdir. Müstəqilliyimizin ilk illərində ölkəmizin yaşadığı ağrılı-acılı günlər yalnız Heydər Əliyev siyasətinin nəticəsində sona yetdi. Uçurumun bir addımlığından qayıdaraq davamlı yüksəliş yollarında inamlı addımlarla parlaq gələcəyə doğru irəlilədi.
Qeyd edək ki, hər bir insan öz ömrünün mənasını elinə, obasına, xalqına, dövlətinə və millətinə xidmət göstərməklə, bircə an belə sadiq olaraq xidmət etməkdə görə bilər. Böyük Heydər Əliyevin yaşadığı şərəfli ömrün mənası isə daha böyük, daha yüksək və daha qürurludur. Çünki, O, öz ömrünün nəinki bir anını, bir, on, iyirmi ilini, hətta yarım əsrə bərabər hissəsini Azərbaycan adlı dövlətimizin mövcudluğu, yaşaması və qüdrətlənməsi işinə sərf etdi.
Danılmaz faktdır ki, ölkəmzidə siyasi sabitliyin, sağlam iqtisadiyyatın, sosial ədalətin bərqərar edilməsi yüksək milli ruhun formalaşmasına münbit zəminlər yaratmış və hər kəsin firavan həyat sürməsinə geniş imkanlar yaratmışdır. Böyük Heydər Əliyev uzaqgörən siyasi xadim idi. Bu mənada da Onun həyata keçirdiyi siyasətin xalqımıza və dövlətimizə bəxş etdiyi töhvələr illər üçün deyil, əsr üçün davam etməkdədir. Müasir dövrdə yeni iqtisadi siyasətin yüksələn dinamika ilə müəyyənləşdirilməsi 1994-cü ilin “Əsrin Müqavilə”sindən başlanmaqla, 2014-2018-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na qədər hər bir iqtisadi uğuru özündə birləşdirmişdir. Təbii ki, bura müstəqil Azərbaycanın hərətərfli inkişafının təməl daşları kimi çıxış edəcək istənilən addım, həyata keçirilən hər cür tədbir, sosial-iqtisadi və hüquqi bazanın mövcudluğu və təkmilləşdirilməsi aiddir, daxildir.
Ölkə başçısı cənab İlham Əliyev ümummilli liderin siyasi fəaliyyətinin birinci mərhələsini- “1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olub”, deyə şərh edir: “Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib. O illərdə Azərbaycan dünya birliyinə qovuşub, özünü tanıtdıra bilib. Çox ciddi islahatlar aparılıb. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması, məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilib. Siyasi sistem möhkəmləndirilib, ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb”.
Beləliklə, 3 oktyabr hər birimizin şəxsi və ictimai fəaliyyətimizdə çox böyük qürurverici mahiyyət daşıyan gündür. Bu gün dünyada gedən proseslər, hadisələr və gərginliklər 3 oktyabr tarixinin qədrini bilməyimiz üçün əsasdır.
Cavadxan QASIMOV,
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 134
Bölməyə aid digər xəbərlər
Tarix: 03-10-2018 19:45 | Bölmə: Sosial
3 oktyabr 1993-cü il müasir müstəqillik tarixinin qürurverici səhifəsidir. Məhz həmin gündən ölkəmizin yeni iqtisadi və siyasi şərait üçün zəruri əhəmiyyətə malik həm xilaskarlıq, həm də inkişaf dövrü başlandı. Ulu öndər böyük Heydər Əliyev bu tarixdə müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi.Ulu Tanrının xalqımıza bəxş etdiyi böyük xoşbəxtliklərdən biri də ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi fəaliyyət göstərməsi və uğurlu strateji xəttin başladılması ilə ifadə oluna bilər. Ən mühüm iqtisadi layihələrin gerçəkləşdirilməsi, iqtisadi potensialın artırılması, müttəfiq ölkələr arasında respublikamızın ön cərgələrdə təmsil olunması, iqtisadi qüdrətin böyük göstəricilər və gerçəkliklər əsasında təminatı və digər nailiyyətlər məhz Heydər Əliyev siyasətinin İttifaq dövründə belə, dövlətimizə qazandırdığı dəyərlərdən sadəcə bir hissədir.

Dünən, 19:44
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
17-06-2026, 20:25
Putin Bruney Sultanına yanacaq-enerji sektorunu birgə inkişaf etdirməyi təklif etdi
17-06-2026, 12:00
Keçmiş qubernator korrupsiyada şübhəli bilinir
17-06-2026, 11:55
Həkimlər boynuna budaq sancılmış qızı xilas etdilər
16-06-2026, 23:46
Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
16-06-2026, 19:04
100-dən çox insan Estoniyadan Rusiyaya keçə bilmir və gecəni küçələrdə keçirmək məcburiyyətində qalır
16-06-2026, 18:59
İtkin düşmüş qızlar sağ tapıldı
16-06-2026, 18:49
Putinin müəllimi gələcək prezidentin məktəb illərindən danışdı
16-06-2026, 18:35
Pornoqrafiya işi üzrə ev dustaqlığına buraxıldı
16-06-2026, 11:36
QHT tərəfindən Ağcabədi və Sabirabad rayonlarındakı göllərdə ekoloji vəziyyət araşdırılıb
15-06-2026, 22:44
Dmitriyev Starmerin 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası ilə bağlı şərh verdi
15-06-2026, 14:00
Türkiyədən 3 milyon rubl dəyərində lüks çantanı qanunsuz olaraq idxal etməyə cəhd edib
15-06-2026, 13:31
Toya hazırlaşmaq üçün məzuniyyət hüququ xatırladılır
15-06-2026, 13:26
On nəfər qanunsuz bank fəaliyyəti ilə bağlı məhkəmə qarşısına çıxacaq
14-06-2026, 16:33
Ən kiçik qızıl külçənin qiyməti hazırda 11.000 rubldur
14-06-2026, 16:31
Məktəbli qızlara daş atıb
11-06-2026, 19:14
Tapılan balinanın yan üzgəcləri bədəninə iplə bağlanıb
10-06-2026, 18:40
Miqrantlar üçün rüsumların artırılması qərarını düzgün qərar adlandırdı
10-06-2026, 18:25
Vahid Dövlət İmtahanında fırıldaq etmək məktəblilər üçün şantajla nəticələnə bilər
9-06-2026, 21:09
Sağlamlıq düşərgəsində uşaqlar bağırsaq infeksiyasına yoluxublar
9-06-2026, 20:56
Yeniyetmə "Əbədi məşəl"i təhqir etdiyinə görə mühakimə olunacaq
8-06-2026, 22:30
Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib
7-06-2026, 09:25
Ölkədə ilk dəfə "Təbiətin Dostları" Festivalı keçirildi
7-06-2026, 08:59
İldırımın yaratdığı meşə yanğınını söndürürlər
7-06-2026, 08:51
Xilasedicilər sınmış qayıqdan dörd nəfəri sahilə çıxarıblar
7-06-2026, 08:26
Mənzilinə 24 əcnəbini qeydiyyata aldığına görə mühakimə olunacaq
7-06-2026, 08:14
Vyetnam və Türkiyədən olan turistlər getdikcə daha çox tətil üçün Rusiyaya gəlirlər
4-06-2026, 23:24
Benzin spekulyatoru saxlanılıb
4-06-2026, 15:35
Bağ sahəsində iki metr uzunluğunda ilan aşkar edilib
4-06-2026, 15:28
Səyahət agenti müştəriləri aldatmaqda günahını etiraf edib
3-06-2026, 07:58
9,8 milyon rubl dəyərində qızıl qaçaqmalçılığına cəhd ediblər
2-06-2026, 21:41
Paşinyan AB-yə ilk erməni gülü və tərəvəz göndərdiyini açıqladı
2-06-2026, 00:13
Əsrə Bərabər Bir Ömür: Almaxanım Ananın Yüz İllik İşığı
1-06-2026, 17:12
Biometrik minik xidməti istifadəyə verildi
1-06-2026, 14:26
Kafedə zəhərlənənlərin sayı 50-yə çatıb
1-06-2026, 14:09
İsinbayevanın vergi orqanlarına 700.000 rubldan çox borcu var
1-06-2026, 12:46
Leyla Əliyevadan fermer qadına incə davranış - Video
31-05-2026, 17:58
Ulu öndərin milli mətbuat və söz azadlığı təlimi
31-05-2026, 17:47
Xəzərdən Berlinə, Berlindən Əbədiyyətə: Mikayıl Əhmədin Şərəf Yolu
31-05-2026, 17:39
ŞƏHİD RƏŞADƏT PİRİYEVİN ƏBƏDİYYƏT YOLU
31-05-2026, 16:59
Rusiya Ermənistanın qaz vəziyyətinin pisləşməsini istəmir - Overçuk
31-05-2026, 16:46
Rusiyada artıq seksologlar mövcud olmayacaq
30-05-2026, 16:31
Moldovanın Kişineu şəhərində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı - Fotolar
29-05-2026, 23:36
Ərdoğanı elə qucaqladı, hamı ondan danışır - Video