Bütün xəbərlər
Kafenin pəncərəsinə qumbara atan şəxs saxlanılıb
Tarix: 03-09-2025 14:49 | Bölmə: Cəmiyyət

Kurqan vilayətinin Dalmatovski rayonunda əvvəllər məhkum olunmuş 40 yaşlı yerli sakin partlayıcı qurğudan istifadə etməklə xuliqanlıq etməkdə şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional idarəsi öz Telegram-kanalında məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs müəssisənin əməkdaşı ilə münaqişədən sonra kafe-barın pəncərəsinə qumbara atıb.
Hadisənin gecə saatlarında baş verdiyi qeyd edilir. Hücum edən şəxs əvvəlcə müəssisəni tərk edib, lakin sonra geri qayıdıb və əmlaka ziyan vuran partlayış törədib. Bundan sonra o, hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı silahdan istifadə etməklə xuliqanlıq və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.Şübhəli şəxs saxlanılıb. Kafe-barın fəaliyyətinin qanuniliyi ilə bağlı araşdırma aparılır.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb