17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
08:19 / 19-08-2026
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
08:15 / 19-08-2026
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
22:41 / 18-08-2026
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
22:38 / 18-08-2026
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
22:35 / 18-08-2026
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini elan etdi
22:31 / 18-08-2026
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
22:28 / 18-08-2026
Polşada Ukraynalı uşaqlara hücumda şübhəli bilinənlər saxlanılıb
22:25 / 18-08-2026
Saxta Ağ Ev rəsmisi ilə yazışdığını etiraf etdi
22:19 / 18-08-2026
Xəzinə ovçuları sirli şəraitdə həlak olublar
22:15 / 18-08-2026
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
22:11 / 18-08-2026
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
22:07 / 18-08-2026
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
22:03 / 18-08-2026
Merz ən populyar olmayan Almaniya kansleri oldu
21:58 / 18-08-2026
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
21:51 / 18-08-2026
Avtobusa daş atan uşağa hücum etdi
21:48 / 18-08-2026
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
21:44 / 18-08-2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti və hakiminə qarşı sanksiyalar tətbiq edib
12:44 / 18-08-2026
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
12:41 / 18-08-2026
Mülk üstündə oğullarını güllələyərək öldürüb
12:38 / 18-08-2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
12:35 / 18-08-2026
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
12:33 / 18-08-2026
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
Elimizə bahar gəlir -İbrahim Yusifoğlu
Tarix: 10-03-2021 14:08 | Bölmə: Sosial

Təbiət yaşıl libasını geyinir. Badam ağacı çiçəkləyib, bənövşə qar altından boylanır, bulaqlar coşur, çaylar daşır, yaz yağışları başlayır!

Yarpızın, nanənin ətridir, vallah,
Çəməndən küləyə qoşulub gəlir.
Sənin dərgahına min şükür, Allah,
Yenə təbiətin yönü dirçəlir.
Şəhərdə mən duruş gətirəmmədim,
Həzin bir küləklə kəndə dönmüşəm
Özümü çəmənə, çölə yetirib,
Bulağın çağlayan gözün öpmüşəm.
Dürmək də bükəcəm isti lavaşdan,
İçində yarpızı, üzlü pendiri.
Pencərli kətəni anam obaşdan
Yapmağa çatacaq yenə təndiri.
Əkiz bala verən kərə qoyunun,
Düz bir cam içəcəm bulamasından.
Elçi gözləməyin qonşu qızının,
Biləcəm, küçəni sulamasından.
Eyvanda yurd salan qaranquşların,
Hey göz gəzdirəcəm yuvalarına.
Nənəm söylərdi ki, dilsiz quşların,
Heç nə yetə bilməz dualarına.
Gələcəm bağına Şirin arvadın,
Bilirəm, bənövşə burada olar.
Sizə də dərəcəm, ətrini dadın,
Mən paxıl deyiləm, şəhərli qızlar.
Damıb ürəyimə, inan bu bahar,
Bir daha qan-qada olmayacaqdır.
Bülbülün səsində elə avaz var
Vaxsız bir çiçək də solmayacaqdır.
....Lalənin, nərgizin ətridi, vallah,
Bu mavi göylərdən yerə ələnir.
Sənin valığına min şükür, Allah,
Bahar müjdəçisi qaranquş gəlir.
Mavi səmada qaranquşlar uçuşur, eyvandakı yuvalarına qonmuşlar, cəh-cəh vururlar....
Qayıdıb gəlmisən, ay qaranquşum,
Qayıdıb gəlmisən, yenə bahardı.
Yenə cəh-cəh vurub, nəğmə qoşursan,
Səsində xoşbəxtlik sədası vardı.
Baharda bu yerin bənövşələri,
Utancaq olurlar, qızları kimi.
Çeşməyə yollanan kənd gözəlləri,
Açar çiçəklərə, açar qəlbini.
Şıltaqlıq eyləyər səma bir anda,
Leysan yağış başlar günəşli gündə.
Canavar balalar dağın dalında,
Ceyranlar boylanar qaya önündə.
Verməz bircə anda fürsəti əldən,
Asar hanasını qarı nənəmiz.
Qızlar köçürərlər min bir həvəslə,
Cehiz xalısına rəngləri təmiz.
Yenə də bir coşqun həyat başlayar,
Hər addım bu yerdə hünər meydanı.
Yenə də ellərə müjdə yayılar:
-Novruz qonağıdır Azərbaycanın!
Külək qapısını döyür, yağış damını; səma haray salır, şimşək işıq saçır-hamı xoş xəbər üçün tələsir: “Gözlərin aydın, ana Təbiət, Bahar qızın gəlir, xonçalı, boğçalı Novruza qoşuluruq.....” Ana təbiət muştuluqçuların nəmərini verir, başlayır çölü, düzü bəzəməyə. Hamı görür onun üzündəki sevinci, kirpiklərindəki sevinc damlalarını! Dağların başında “ocaq çatır” ana Təbiət, sonra səmaya göz vurur. Səma ilıq suyla çimizdirir şıltaq təpələri, dərələri, düzləri. Göy rəngli donlarını geyəndə hər şeyi unudur təpə də, dərə də, düzən də! Bilirlər ki, Bahar gəlir.... Bəxtəvər-bəxtəvər gülümsəyir ana Təbiət! Qovuşurlar bir-birinə sevib-sevilənləri: gül-bülbüllə, bulaq- çəmənə, arılar-çiçəklərə. Dodaqlarında şən nəğmə, nəfəslərində bir olmaq eşqi, bir də onları qovuşduran Bahar…. ….Analar pərvazlandırıb, uçurub övladlarının hərəsini bir ocaq başına. Novruz günündə əlləri çömçəli, gözləri yolda, qulaqları səsdə plov bişirir analar! Bayram axşamı övladlarının hamısı yığışacaq ana evinə, ata ocağına-yenə hamı üçün şam yandıracaq analar! Analar səməni bəsləyir. Xəyallarında ötən günləri, göz önündə körpələri. Elə bu vaxt açılır qapılar: “Novruz bayramınız mübarək!”- deyir balalar. -Sizinlə belə, a qadanızı alım, gəlin çıxın də!- deyə həm gülər, həm də kövrələr analar. Birinci səməni halvası gələr süfrəyə: “Qoy səməni kimi təzə-tər, müqəddəs olsun balalarım! Bir də axı səməni bahar deməkdir. Qoy həmişə bahar qoxulu olsunlar balalarım!”
“Yarpızın, nanənin ətrinə bürünmüş el-obamızda səməni bəsləyirlər ağbirçək nənələrimiz, gülüzlü qız nəvələri ilə. Bağlarında qar altında boynubükük bənövşələr boy atanda, babalar ilaxırı tonqal çatır. Şirbiləkli, aslan ürəkli oğlan nəvələriylə. Novruz bayramı günü açılır analarımızın qırmızı almalı boğçaları. Və bu qırmızı almalarla yaşlı qadın və kişilərin bayramlarını təbrik edərik. Baxıb bu gözəlliyə şeir söyləyirik:
Ilin bu vaxtında bu kəndə gəlmək,
Arzuya, nübara çatmaqdı, qardaş!
Dünyanın ən xoşbəxt bəxtəvəri tək
Şirin xatirəyə dalmaqdı, qardaş!
Boylanıb boy atır yenə qar altdan,
Bu kövrək baxışlı gül bənövşədir.
Geyinib yamyaşıl donunu hər yan,
Təbiət pişvaza çıxıbdır, nədir?
Durnatək uçarlar bulağa sarı,
Bilməzsən hardaydı, bu qızlar harda?
Qəlblərə od salar qız baxışları,
Ürəkdə cücərər xoş arzular da.
Oğlanlar dolaşar bağçanı, bağı,
Bir görüş həvəsli, dilləri andlı.
Nişanlı qızların bayram axşamı
Toxlu payı gedər qırmızı bandlı.
Dəcəl uşaqların fişəngi, şarı,
Sayrışar səmada haylı-haraylı.
Gəzir qapı-qapı kənd qarıları,
Güllü xonçaları səmən paylı.
Qapı döyənlərə o gün pay düşər,
Boyalı yumurta qalxar hörmətə.
Erkəndən çatılmış təndirdə bişər,
Süfrənin bəzəyi ləpəli kətə.
…Novruz bayramında gülüşdə, söz də,
Arzu da, ümid də nağıldı, qardaş.
Kim ki macal tapıb gəlirsə kəndə,
O, elə, obaya oğuldu, qardaş!
…İlk yaz yağışının da öz yeri, öz sevinci var. Səma qayğıkeş ana kimi yer üzünü öz ilıq damcıları ilə yuyur, bahar yaşıl don geyinir. Çayların, bulaqların suları coşub-daşır, sahilləri boyu yarpızlar, nanələr, bulaqotular göyərir. Çəmənliklər, təpələr yamyaşıl ormanı xatırladırlar. Qız, gəlinlərimiz, analarımız, nənələrimiz yemlik, qazayağı yığırlar. Oyanır torpaq, bol məhsul vermək üçün qucağını açır insanlara:
Bir də ələ düşməz bu yaz yağışı,
Ay ana Təbiət, nurdu elə bil.
Qoynuna aldığın hər bir toxumun,
Bəhrəsi tükənməz olacaq bu il.
Bir də ələ düşməz bu yaz yağışı,
Bulaqlar gözündən çağlayacaqdır.
Sığmayıb dağ çayı öz məcrasına,
Dağların qəlbini dağlayacaqdır.
Bir də ələ düşməz bu yaz yağışı,
Lalələr, nərgizlər üzə güləcək.
Görüb təbiətin gözəlliyini
Ceyranlar, cüyürlər düzə enəcək.
Bir də ələ düşməz bu yaz yağışı,
Gülüm, bir sevinc var gül baxışında.
Gəl çeşmə başına, bu saat, bu an,
İslanaq, islanaq yaz yağışında.
Hələ qəlbimizdə tumurcuq olan
Eşqimiz görməsin sazağı-qışı.
Gözləyək, gözləyək toylu günləri,
Bir də ələ düşməz bu yaz yağışı!
Baharın- Novruzun gəlişini, günəşin canqızdıran, qəlboxşayan ilıq nəfəsini budaqlarında hiss etcək, gəlin köçən qızlar kimi ağappaq geyinər Badam ağacı. Hər il beləcə, Novruz bayramını ağ donda qarşılayar. O qədər çiçəyi olar ki, elə bil ulduzlar ələnibdir budaqlarına! Çiçəklə, badam ağacı, sənin çiçəklərin saflıq, bolluq rəmzidir. Ağaclar quşların ağırlığını budaqlarında duycaq oyanırlar qış yuxusundan, Badam ağacı! Səni ağ çiçəkli görüb, utandılar yatıb yuxuya qalmaqlarından. “Dilləri nəğməli, ürəkləri təbiət vurğunlu balalarımız kövrək qanadlı alabəzək kəpənəklər ardınca qaçdılar. Güldən-gülə qonan kəpənəklər elə bil baharın rəngarəng gözəlliklərini gül balalara göstərirdi. .....Yurdumuza Novruz gəlir. ... Günəşin al şəfəqləri yenə dağlarımızı, obalarımızı nura boyayır. Yenə də sözümüz, söhbətimiz sənədir; yenə də ağ donunda qarşılayırsan baharımızı. Sabahın bol məhsulundan xəbər verir çiçəklərin. Çiçəklə, çiçəklə Badam ağacı, çiçəklərin qəlbimizdə xoş xatirələr oyadır. 28 il müddətində doğma anasından zorla qoparılmış, vəhşilərin caynaqlarında və tapdaqlarında inildəyən cənnət Qarabağımızın, onun ətrafında işğal olnmuş yeddi rayonun qoynunda Novruz Bayramı qeyd olunmadı. Ağacların çiçəkləri solğun oldu, xarı bülbülün ətri duyulmadı. Azəbaycan Respublikasının Ali Baş komandanının rəhbərliyi altında dəmir yumruğa dönən müzəffər ordumuzun hünəri sayəsində 44 günə torpaqlarımız düşmən əsirliyindən azad olundu. Bu bayramda mədəniyyət beşiyimiz olan Şuşada, Cıdırdüzündə tonqallar çatılır, bayram plovlarının qazanları asılır. Bu bayramda hamımız birik.... Zəfər nəğməsi səslənir elimizdə- obamızda. Haqqın var bu qələbədən vaxtından tez çiçəklənməyinə..... Çiçəklə Badam ağacı çiçəklə:
Bahardır, qəlblərdə arzular coşur,
Boylanır bənövşə-baharın tacı.
Bülbül qızılgülə mahnılar qoşur,
Çiçəklə, Çiçəklə Badam ağacı.
Çəmənlər, çiçəklər xoş ətir saçır,
Dağ çayı dağları yarıb yol açır,
Uşaqlar kəpənək ardınca qaçır
Çiçəklə, Çiçəklə Badam ağacı.
Qartallar boylanır dağlarımızdan,
Şən nəğmə səslənir bağlarımızdan,
Ellər söhbət açır bol varımzdan
Çiçəklə, Çiçəklə Badam ağacı.
Səmadan nur yağır yenə hər yana,
Tarla da, bağlarda gəlibdir cana,
Sən bolluq rəmzisən Azərbaycana
Çiçəklə, Çiçəklə Badam ağacı.
Gözlərimiz önündə canlanır yamyaşıl dünya...Bu dünyanın düzləri yaşıl, təpələri yaşıl, dağları yaşıl. Bu dünyanın yaşıl düzlərində, yaşıl təpələrində, yaşıl dağlarında təzəcə pardaqlanıb açmış gülləri rəngarəng, xoşətirlidir. ....Bu dünyanın sükutunu kəkliklərin nəğməsi, quşların “cik-ciki” sındırır. Haradansa baş alıb gələn yantütəyin səsi ovsunlayır təbiəti. Daha da şirinlədir Novruzun gəlişi-ilin son gecəsinin nəşəsi:
Göy üzündə hər bulud bir uşaqdı,
Bir-biriylə dalaşırlar gör necə.
Ürəyimiz qəm-qüssədən uzaqdı,
İlin axır gecəsidi bu gecə.
Bu qış bizi çox yandırdı, çox yaxdı,
Göy kişnədi, ildırımlar ta çaxdı,
Gözləyirdik biz bu vaxtı havaxdı,
Gecə-gündüz yaşayırlar “heç-heçə”,
İlin axır gecəsidi bu gecə.
-Novruz gəlib, -müjdəçisi səməni,
Göz oxşayır göy zəmini, çəməni.
Tanrı sevir torpaqdakı hər dəni,
Üstlərinə nur ələnir gör necə,
İlin axır gecəsidi bu gecə.
Əhd edənlər yandırırlar şamları.
Paylayırlar şərbət dolu camları,
Dəstə gəzir baca-baca damları,
Heybələrdən göndərirlər bir neçə,
İlin axır gecəsidi bu gecə.
Od vurub qalaxlanan oduna,
Dərd tökülüb tonqalına oduna,
Hamı gülür Kosanın hop-gopuna,
Plov gılir üstündədə kök beçə,
İlin axır gecəsidi bu gecə.
Nənəm odun eşələyir közünü,
Dua edir pıçıldayır sözünü,
Ay üzərrik, çıxart paxıl gözünü,
Kaş qan-qada torpağımdan yan keçə,
İlin axır gecəsidi bu gecə.
Novruz bayramının çox əlamətləri , minbir gözəllikləri vardır. Bunlardan biri də Novruz adətləridir. Bu adətlərdən görürürk ki, Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insana, məhəbbət bayramıdır. Burada ulu babalarımızın ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlərə əks olunmuşdur. Həqiqi mənada insan mənəviyyatına təmizlik gətirən bu bayram günündə Novruzla bağlı xalq deyimlərini eşidəyin:
− Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.
− Novruzda həyət bacanı təmizləyən il boyu xəstəlik bilməz.
− Novruzda insanlar bir-birinə qonaq gedər, pay apararlar.
− Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
− Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
− Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.
− Novruzda tut, əncir və şabalıd ağacları əkərlər.
− Novruzda yanan yerləri suvararlar ki, torpaq rahat olsun.
− Novruzda səməni göyərməyən evə səməni apararlar. − Novruzda niyyət edərlər.
− Novruzda küsülü qalmazlar.
− Novruz günü ev sahibi evdə olar.
− Novruz günü qızlar qırmızı geyinər.
− Novruz günü təzə yarpız yığarlar.
− Novruzda nişanlı qıza Novruz payı apararlar.
− Novruza qədər bağların xəzəlini yığıb yandırarlar.
− Novruzda qəmgin olmazlar.
− Novruzda tonqal yandırarlar.
− Novruzda evləri şirələyər, paltar-palazı təmiz suya çəkərlər.
− Novruzda üzərrik yandırıb, tüstüsünü oğul-uşağa, mal-qaraya verirlər. − Novruzda səməni halvası bişirərlər.
− Novruzda qohum-qardaşa, tanış-bilişə mehribanlıq eləyərlər.
− Novruz günü başqası barədə pis söz danışmazlar.
− Novruzda qohum-qardaşa qonaq gedərlər.
− Novruzda xonça bəzəyərlər.
***
Novruz kimi ulu, qədimdən də qədim bayramımız məhz sevimli Bahara təsadüf edir. Bu qədim el bayramı əcdadlarımızın müqəddəs etiqadları, ənənələri, inamları, saf duyğuları ilə sıx bağlı olduğundandır ki, bu gün hər birimiz onun gəlişini həvəslə, böyük arzularla qarşılayırıq. Və misraya çevrilmiş Novruz adətlərimizi bir daha xatırladırıq:
Qış qurtardı, gəldi yaz,
Çöllər yaşıl don geyinir.
Aşıq sinəsində saz:
-Xoş gəldin, Novruz - deyir
(Aşıq havası səslənir)
Novruzun büsatına
İsladırıq saf dəni.
Sinidə məcməyidə,
Göyərdirik səməni.
Səmənimiz xoş günün
Gəlişidi, izidi.
Yaşıllığın, bolluğun,
Bərəkətin rəmzidi.
Taxıllar da beləcə
Tezcə bara dolacaq.
Hər evin hər süfrənin
Çörəyi bol olacaq.
Uşaqlar çox həvəslə
Oxuyur bu nəğməni:
-Səməni, saxla məni,
Hər yaz göyərdərəm səni
(Səməni mahnısı oxunur)
Səməni, ay səməni,
Sən gələndə yaz olur.
Saz olur, avaz olur.
Səməni, saxla məni.
Səməni, can səməni,
Göyərdərəm mən səni.
Səməni, al məni
Hər yazda,
Sən yada sal məni.
Səməni saxla məni,
Göyərdərəm mən səni.
***
Qızılgül pardaqlanır
Bülbüllərin xətrinə,
Təbiət qərq olunur
Bənövşənin ətrinə.
Pəncərələr taybatay
Üzü göyə açılır.
Günəşin şəfəqləri
Eyvanlara saçılır.
Bağbanlar bağlarını
Təmizləyir xəzəldən.
Təzə tinglər əkməyə
Yer seçiblər əzəldən.
***
Nənəm geyir təptəzə
Qoftanı, tumanını.
Bu il də xoş keçəcək,
İtirmir gümanını.
Sandığından süfrəyə
Qoz tökür, badam düzür.
Sonra çatır ocağı,
Aş asır, plov süzür.
Şəkərbura, paxlava
Hamı həvəslə yeyir.
Nənəm baxıb yollara:
-Xoş gördük, Novruz deyir.
(Mahnı səslənir)
***
Babam quru çırpıdan
İri tonqal qurubdu.
Od üstən tullanmağa
Hamı hazır durubdu:
-Ağırlığım- uğurluğum,
Qadam-balam,
Hamısı tökülsün,
Bu odda yansın,
- Söyləyib hoppanırıq,
Tonqalın üzərindən
Həvəslə tullanırıq.
Qadalar, azar-bezar,
Qatılır gur-alova.
Canımızdan ağrılar
Tökülür od alova.
***
Qaş qaralcaq hamımız
Evlərə tələsirik.
Papaq, heybə ataraq
Qapıları kəsirik.
İçəridən tərpənir
Heybələrin kəməri.
Tez görmək istəyirik
Verilən hər nəməri.
Evin dəcəl qızları
Zarafatdan qalmayır,
Bayram günüdür deyə
Bizi saya salmayır.
Payını ağır görcək
Hamı sinəyə sıxır.
Açan kimi heybədən
Qapqara pişik çıxır.
***
Qırmızı almaları
Doldururuq heybəyə.
Gedirik evlərdəki
Yaşlıları görməyə
Hamını bircə-bircə
Yoluxub yad edirik
“Bayramınız mübarək”,
- Hər birinə deyirik.
Analar şam yandırır
Övladları adına.
Deyirlər, Tanrı çatsın
Qoy onların dadına.
Yanan şamlar nur saçır
Hamımızın ömrünə.
Onlar bizi aparır
Xoşbəxtliyə, ağ günə.
Tonqalın alovları
Səngiyəndə, sönəndə
Alovların dilləri
Parlaq közə dönəndə,
Üzərrik atıb bibim
Söyləyir bu sözləri:
-Bu oda kəm baxanın
Qoy partlasın gözləri!..
***
İlaxır gecəsində
Obaşdan oyanırıq,
Axar çayın önündə
Cərgəylə dayanırıq,
Salamlayıb lal suyu
Qəlbimizi açırıq,
Sonra çay üzərindən
Üç dəfə adlayırıq.
***
Novruz axşamı qızlar
Xoş niyyətli olurlar.
Qonşunun qapısından
Danışığı pusurlar.
Elə ki, içəridən
İlk kəlmə xoş söz olur,
Qızların ürəyinə
Sevinc, məhəbbət dolur.
***
Meydandakı uşaqlar
Çox oyunda yarışır.
Yumurta döyüşməkdə
Haray küyə qarışır.
Ərköyünlər, cığallar
Həddini hərdən aşır,
Kimsə kimdən küsərsə
Bayram günü barışır.
İbrahim Yusifoğlu,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaudçüsü, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun əməkdaşı
Sabaha-inamla.az
Baxış sayı: 2 038
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu