Bütün xəbərlər
Siyasətçi Şor: "Moldova müxalifətinin əsas vəzifəsi ədalətli seçkilərə nail olmaqdır"
Tarix: 24-03-2025 13:09 | Bölmə: Siyasət

Hazırda Moldova müxalifətinin qarşısında duran əsas vəzifə ölkədəki parlament seçkilərində ədalətli nəticələr əldə etməkdir. Bu barədə Moldova müxalifətinin “Pobeda” blokunun lideri və iş adamı İlan Şor “Rossiya 24” telekanalının efirində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkədə parlament seçkiləri 2025-ci ilin oktyabrına təyin edilib.
"Biz əlbəttə ki, hazırlaşırıq. Biz də öz planlarımızı qururuq. Və bu gün Moldovada müxalifətdən olan istənilən siyasi qüvvə üçün əsas vəzifə hansısa yolla ədalətli, oğurlanmamış seçkilərə nail olmağa çalışmaqdır", - o deyib.
Şor əlavə edib ki, Moldova müxalifəti hazırkı hakimiyyətdən istənilən təxribat gözləyir.



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər