Bütün xəbərlər
Kreml Putin-Vuçiç söhbətinin təfərrüatlarını açıqlayıb
Tarix: 07-03-2025 17:53 | Bölmə: Siyasət

Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə Serbiya lideri Aleksandr Vuçiç arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçılarının iki ölkə xalqları arasında mənəvi, mədəni və tarixi əlaqələrə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiq olduqları vurğulanır.
Rusiya Federasiyası və Serbiyanın rəhbərləri dövlətlər arasında, ilk növbədə, enerji sektorunda gələcək əməkdaşlığın bir sıra praktiki məsələlərini də nəzərdən keçiriblər.
"Vladimir Putin Serbiyada daxili siyasi vəziyyətə kənar müdaxilənin yolverilməzliyini qeyd edib və qanuni yolla seçilmiş hakimiyyətin hərəkətlərini dəstəklədiyini bildirib", - Kremlin bəyanatında deyilir.
Mətbuat xidməti qeyd edib ki, Rusiya lideri Serpska Respublikasının Prezidenti Milorad Dodiklə də həmrəy olduğunu bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Vuçiç Putinlə telefon danışığı zamanı mayın 9-da Qələbə Paradında Moskvaya səfərini təsdiqləyib.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər