Bütün xəbərlər
Netanyahu: "Haniyə və Şükrün ölümündən sonra Qəzza sazişinin bağlanma şansı artıb"
Tarix: 08-08-2024 17:49 | Bölmə: Siyasət

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, razılaşmaya qarşı çıxan bir sıra insanların aradan qaldırılmasından sonra Qəzza zolağı ilə bağlı razılığa gəlmək şansları xeyli artıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun sonunda Beyrut İDF tərəfindən atəşə tutulub. Bundan sonra dağıntılar altında Livan Hizbullah hərəkatının yüksək rütbəli komandiri Fuad Şükrün meyiti tapılıb. Həmin gün Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.
"Şükr və Haniyyənin öldürülməsi danışıqlara necə təsir edəcək? Düşünürəm ki, onlar (sövdələşmə şansları) artıb, çünki sövdələşməyə qarşı çıxan bəzi ekstremist ünsürlər artıq aramızda deyil", - o, "Time"-a deyib.
Bundan əlavə, baş nazir davam edən münaqişə səbəbindən İsrailin imicinin pisləşməsi ilə bağlı risklərdən xəbərdar olduğunu, lakin onları qəbul etməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin payızında HƏMAS qüvvələri İsrailə silsilə hücumlar təşkil etmişdi. Buna cavab olaraq İDF Qəzza zolağında Dəmir Qılınclar əməliyyatına başlayıb və rəsmən müharibə vəziyyətinə düşüb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS məhv edilənə qədər müharibə bitməyəcək.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər