Bütün xəbərlər
Slovakiyanın baş naziri Fiko mayın 27-də nəzarətdən keçəcək
Tarix: 26-05-2024 18:14 | Bölmə: Siyasət

Mayın 15-də həyata keçirilən sui-qəsd nəticəsində güllə yarası alan Slovakiyanın baş naziri Robert Fikonun Banska Bystrica xəstəxanasında müalicəsi davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tibb müəssisəsi hökumət başçısının bazar ertəsi yenidən müayinə olunacağını bildirib.
Xəstəxanadan verilən məlumata görə, Fikonun vəziyyətinin yaxşılaşması həkimlərin proqnozlarına uyğundur. Daha əvvəl baş nazirin müavini Robert Kaliniak kritik dövrün keçdiyini və baş nazirin sağalması ilə bağlı proqnozun əlverişli olduğunu qeyd edib.
Ukraynaya silah verilməsinə və ölkənin NATO-ya daxil olmasına qarşı çıxan Slovakiyanın baş nazirinə hücum Nazirlər Kabinetinin iclasından sonra baş verib. Atəş açan şəxs hadisə yerində saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, onun hərəkətləri siyasi motivli olub və hökumətin, xüsusən də Ukrayna məsələsində mövqeyi ilə razılaşmadığına görə olub.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər