Bütün xəbərlər
Gürcüstan prezidenti xarici agentlərlə bağlı qanun layihəsinə veto qoyub
Tarix: 18-05-2024 20:58 | Bölmə: Siyasət

Gürcüstan parlamentinin qəbul etdiyi xarici agentlər haqqında qanuna ölkə prezidenti Salome Zurabişvili veto qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, qanun dəyişdirilə bilməz - yalnız ləğv edilə bilər.
Xarici agentlər haqqında qanun Gürcüstanda kütləvi nümayişlərə səbəb oldu. Ölkə prezidenti dəfələrlə buna veto qoyacağını bəyan edib. Etirazlara baxmayaraq, ötən çərşənbə axşamı qanun Gürcüstan parlamenti tərəfindən yekun, üçüncü oxunuşda qəbul edilib.
Salome Zurabişvili jurnalistlərə bildirib ki, onun qoyduğu veto “hüquqi cəhətdən etibarlıdır və bu gün parlamentə təqdim olunacaq”, - RİA Novosti xəbər verir.
Gürcüstan prezidenti hesab edir ki, xarici agentlər haqqında qanun konstitusiyaya ziddir və Gürcüstanın “Avropa yolu”na müdaxilə edir. Onun fikrincə, onu təkmilləşdirmək və ya dəyişdirmək olmaz, “ləğv edilməlidir”.
İndi Zurabişvilinin vetosunu ləğv etmək üçün Gürcüstan parlamenti sadə səs çoxluğu ilə qanunu yenidən qəbul edə bilər.
Avropa İttifaqı bundan əvvəl qanunun qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın üzvlük ərizəsini donduracağını bildirmişdi. ABŞ administrasiyası qeyd edib ki, xarici agentlər haqqında qanun qüvvəyə minərsə, Tbilisi ilə münasibətlərə əsaslı şəkildə yenidən baxmağa məcbur olacaq.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər