Bütün xəbərlər
Ərdoğan Türkiyədə yerli seçkilərin nəticələrini şərh edib
Tarix: 01-04-2024 07:27 | Bölmə: Siyasət

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli hakimiyyət orqanlarına seçkilərin nəticələrini şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hakim partiyanın Ankaradakı qərargahının eyvanından ənənəvi çıxış edən Ərdoğanın dediyinə görə, seçkilər "demokratiyamıza yaraşan yetkinlikdə keçirilib. Səsvermə zamanı "seçkilərin ab-havasını qaraldacaq” ciddi xoşagəlməz hadisə baş verməyib.
İlkin məlumatlara görə, böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını saxlayıblar. RİA Novosti xəbər verir ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası son 20 ildə ilk dəfə olaraq hakim Ədalət və İnkişaf Partiyasından yan keçib.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər