Bütün xəbərlər
Kissincer son müsahibəsində Fələstini yaratmamağı xahiş edib
Tarix: 03-12-2023 18:52 | Bölmə: Siyasət

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer sağlığında verdiyi son müsahibəsində müstəqil Fələstin yaratmamağa çağırıb, çünki bu, İsrailin təhlükəsizliyinə zəmanət vermir, "Politico" yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, İordaniyanın qərb sahilini İordaniyanın nəzarətinə keçirmək daha yaxşı olardı.
"Mən hesab edirəm ki, bir tərəfin İsraili devirmək əzmində olduğu iki dövlətli həll yolu axtarmaqdansa, İordaniyanın qərb sahilini İordaniyanın nəzarəti altına almaq lazımdır", - Kissincer bildirib.
Bundan əlavə, diplomat İsraillə bütün ərəb dünyası arasında danışıqların tərəfdarı olub, çünki yalnız fələstinlilərlə dialoqu çox səmərəli adlandırmaq olmaz. O, həmçinin ABŞ-ı münaqişənin davam etməməsi üçün daha çox iştirak etməyə çağırıb.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər