Bütün xəbərlər
İsrail qalmaqal fonunda İspaniyadan səfirini geri çağırıb
Tarix: 30-11-2023 20:03 | Bölmə: Siyasət

İsrail İspaniyadakı səfirini geri çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Eli Koen deyib.
Bu qərara səbəb İspaniyanın baş naziri Pedro Sançesin İsrail əleyhinə açıqlamaları olub. O, Qəzzada dinc əhalinin öldüyünü nəzərə alaraq, İsrailin beynəlxalq humanitar qanunlara riayət etməsini şübhə altına alıb. Siyasətçi Fələstinin dövlət kimi tanınmasını da müdafiə edib.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri X sosial şəbəkəsindəki səhifəsində Pedro Sançesin sözlərini hədsiz adlandırıb. Eli Koen ölkəsinin beynəlxalq hüquqa uyğun hərəkət etdiyinə və hərəkət edəcəyinə diqqət çəkib. Müharibə oğurlananların hamısı azad edilənə və Qəzza zolağında Həmas məhv edilənə qədər davam edəcək.
Bundan əvvəl İsrail və HƏMAS-ın atəşkəsi daha bir gün uzatdığı bildirilirdi.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər