Bütün xəbərlər
Almaniya Müdafiə Nazirliyinin rəhbəri gözlənilməz səfərlə Kiyevə gəlib
Tarix: 21-11-2023 11:06 | Bölmə: Siyasət

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius çərşənbə axşamı səhər qatarla Kiyevə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung”un qeyd etdiyi kimi, bu səfər əvvəlcədən elan olunmayıb.
Nəşrin məlumatına görə, Pistorius Ukraynanın paytaxtında prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla danışıqlar aparacaq.
Bundan əvvəl Almaniyanın Kiyevə hərbi yardımın qiymətini iki dəfə artırmağa hazırlaşdığı bildirilirdi.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər