Bütün xəbərlər
“Azərbaycanın Qarabağın erməni sakinləri ilə bağlı hərtərəfli planı var”
Tarix: 29-09-2023 12:42 | Bölmə: Siyasət

                       azerbaycanin-qarabagin-ermeni-sakinleri-ile-bagli-herterefli-plani-var


“Azərbaycanın Qarabağın erməni sakinlərini təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək üzrə hərtərəfli planı var”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “CBC News”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, onlar istəyəcəkləri təqdirdə ərazidən getməkdə sərbəstdirlər: “Biz onların qalmasını istərdik. Azərbaycan sakinlərə təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir”.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər