Bütün xəbərlər
Kiyev Rusiyaya qarşı ATACMS raketlərindən istifadə etməyəcəyinə söz verir
Tarix: 26-09-2023 11:59 | Bölmə: Siyasət


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Kiyev rejimi həqiqətən də Amerikanın ATACMS taktiki raketlərini almaq istəyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev hələlik bu tip silahların Ukraynaya göndərilməsini təsdiqləməyib.
ABC qəzetinə müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri bu raketləri “Ukraynanın Rusiya hesab etdiyi” əraziyə buraxmayacağına söz verib. Danilov qeyd edib ki, Kiyev və onun Qərb müttəfiqləri bu barədə ayrıca razılaşıblar.
Danilov daha sonra şikayət edib ki, NATO ölkələri öz quru qoşunlarını münaqişə zonasına göndərməkdən yayınırlar.
"NATO ölkələrinin Rusiya ilə döyüşmək istəyi varmı? Mən bunu görmürəm", - Danilov vurğulayıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər