22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
TFR senator Qrehemin sözlərinə hüquqi qiymət verəcək
Tarix: 28-05-2023 21:52 | Bölmə: Siyasət

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin amerikalı senator Lindsi Qrehemin açıqlamaları ilə bağlı cinayət işinin açılmasına göstəriş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müstəntiqlər amerikalı siyasətçinin sözlərinə hüquqi qiymət verəcəklər, ICR bildirib.
Xatırladaq ki, bir müddət əvvəl senator Qrem Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə rusların ölümünün Vaşinqtonun ən yaxşı sərmayəsi olduğunu demişdi.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ölkə üçün Lindsi Qrehem kimi bir senatorun olmasından daha böyük biabırçılıq təsəvvür etmək çətindir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz növbəsində “ABŞ investisiyalarının” İkinci Dünya Müharibəsinə və Holokosta necə gətirib çıxardığını xatırladıb. Diplomat misal kimi nasist Almaniyasının iqtisadiyyat nazirinin sözlərini göstərib. Nürnberq məhkəmələrində Hitlerə "Ford" və "General Motors" kimi şirkətlər tərəfindən dəstək verildiyini söyləyib.
Həmçinin xüsusi əməliyyatın əvvəlində Qrehem rusları Vladimir Putini “kənarlaşdırmağa” çağırıb.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər