22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
BMT Belqorod vilayətində baş verən hadisələrdən narahatdır
Tarix: 23-05-2023 21:26 | Bölmə: Siyasət


BMT bütün tərəfləri Belqorod vilayətində baş verən hadisələrlə bağlı eskalasiyanın qarşısını almağa çağırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
BMT Belqorod vilayətində baş verən insidentlə bağlı xəbərləri narahatlıqla izləyir. Təşkilat həm Ukrayna, həm də Rusiya nümayəndələrinin açıqlamaları ilə tanış olub. TASS xəbər verir ki, BMT hadisədə iştirak etdiyi iddia edilən tərəflərlə bağlı hər hansı məlumatı təsdiq edə bilməz.
Stephane Dujarric hərbi əməliyyatların genişlənməsinin və yayılmasının qarşısını almağa çağırıb. BMT həmçinin gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən və ritorikadan çəkinməyi tövsiyə edir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi mayın 22-də sərhədimizi keçən ukraynalı diversantların hava zərbələri nəticəsində məhv edildiyi barədə məlumat yayıb.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər