Bütün xəbərlər
Ağ Ev deyir ki, TikTok 'bu və ya digər şəkildə sona çatmalı' bir təhlükədir
Tarix: 23-03-2023 21:18 | Bölmə: Siyasət


ABŞ administrasiyası TikTok-a “bu və ya digər şəkildə son qoyulmalı olan” milli təhlükəsizliyə təhdid kimi baxır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ dövlət katibi Entoni Blinken Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.
“(Bu təhlükə ilə) bu və ya digər şəkildə mübarizə aparmaq lazımdır və bunun üçün müxtəlif üsullar var”, o deyib.
ABŞ səlahiyyətliləri sosial şəbəkənin istifadəçiləri izlədiyinə və onlar haqqında məlumatları Çin kəşfiyyat orqanlarına ötürdüyünə inanaraq, uzun müddətdir TikTok-u milli təhlükəsizliyə təhdid kimi görürlər.
Keçən dekabrda bu narahatlığı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns paylaşmışdı. Kəşfiyyat rəhbəri bildirib ki, Çin hakimiyyəti amerikalıların şəxsi məlumatlarını əldə etmək, həmçinin bu saytda yerləşdirilən materiallara nəzarət etmək “bacarığına malikdir”.
Elə həmin ay ABŞ Senatı federal işçilərin həssas məlumatlara çıxışı olan cihazlarda TikTok-dan istifadəsinin qarşısını almaq üçün qanun qəbul edib.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər