Bütün xəbərlər
Sergey Lavrov: "Amerika tərəfi daim hansısa təxribat axtarır"
Tarix: 15-03-2023 21:29 | Bölmə: Siyasət


ABŞ Qara dəniz sahillərindəki bəzi ərazilərin xüsusi hərbi əməliyyatın başlamasından sonra uçuşlar üçün məhdudlaşdırılmış statusa malik olmasına məhəl qoymur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Moskvanın "Kreml proqramı"nın müəllifi və aparıcısı Pavel Zarubinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika pilotsuz təyyarəsinin Qara dənizə düşməsini şərh edərkən deyib.
Nazir hadisəni qlobal təhlükəsizlik baxımından da dəyərləndirib. Onun sözlərinə görə, nüvə güclərinin toqquşmasına səbəb olan istənilən insident “həmişə çox ciddi risklər verir”. O əlavə edib ki, Birləşmiş Ştatlar bunu dərk etməyə bilməz.
Bununla belə, ABŞ öz qarşıdurma yanaşmalarını gücləndirmək üçün daim təxribat axtarışındadır, Rusiya XİN rəhbəri hesab edir.




Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər