Bütün xəbərlər
Boris Conson: "Putin məni raket hücumu ilə hədələdi"
Tarix: 30-01-2023 13:10 | Bölmə: Siyasət


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Vladimir Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.
 Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki, Putin və Boris Conson arasında iddia edilən dialoq, Putinin dünya liderləri ilə qarşılıqlı əlaqələrini araşdıran BBC sənədli filmində ortaya çıxıb.
Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinə səbəb olacaq. O, həmçinin Putinə Ukraynanın “yaxın gələcəkdə” NATO-ya üzv olmayacağını söyləməklə Rusiyanın hərbi əməliyyatlarının qarşısını almağa çalışıb.
Consonun açıqlamalarına görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib. "Bir anda o, məni hədələdi və şən bir şəkildə dedi: "Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkəcək".
BBC sənədli filmi Putinə qarşı Qərbdə yayılan iddialara görə, fevralın 11-də müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya uçub. Bildirilib ki, Uolles Rusiyanın Ukraynanı işğal etməyəcəyinə dair zəmanətlə ayrılıb, lakin hər iki tərəf bunun yalan olduğunu bilirdi.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər