12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Olduqca çirkin terror aktıdır və bu terror aktının iştirakçıları mütləq cəzalandırılacaqdır-Şahin İsmayılov
Tarix: 29-01-2023 22:34 | Bölmə: Siyasət


İranda baş verən məlum terror hadisəsi ilə bağlı ilk öncə Şəhid olan həmvətənimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Olduqca çirkin terror aktıdır və bu terror aktının iştirakçıları mütləq cəzalandırılacaqdır.
Məsələnin təhlil etməli olduğumuz bir neçə tərəfi var. Birincisi səfirliyin təhlükəsizlik məsələsidir. Həmin səfirlik Azərbaycanın suveren ərazisidir və ora olan hücum eyni zamanda Azərbaycan ərazisinə hücumdur. Düşünürəm ki, birinci istiqamət kimi bunu vurğulamalıyıq. İkincisi, səfirliyin qorunmasına məsul olan tərəf məhz İran dövlətidir və dövlət mütləq şəkildə beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini təmin etməlidir. Bu hadisə göstərir ki, lazımi tədbirlər vaxtında görülməmişdir. Alternativ bir müqayisə aparsaq, baxmayaraq ki, İranın Azərbaycana qarşı uzunmüddətli təxribatları olub, Azərbaycan dövləti beynəlxalq konvensiyalara uyğun olaraq İranın Azərbaycandakı səfirliyinin təhlükəsizliyini hər zaman ən yüksək səviyyədə təmin etmişdir.  Nəinki İranın, Azərbaycanda akreditə olunmuş bütün səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.
Məsələni vacib edən digər tərəf isə düşünürəm ki,həm də o baxımdan araşdırılmalıdır ki, son zamanlar İranın Azərbaycana aqressiyası və orada Azərbaycana qarşı baş verən neqativ hallar mövcuddur. Bu baxımdan da araşdırılmalıdır. Düşünürəm ki, güclü Azərbaycan dövləti məsələnin sona qədər araşdırılmasına və cinayətkarların tapılaraq vaxtında cəzalandırılmasına nail olacaqdır. Bir daha Allahdan Şəhidimizə rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Şahin İsmayılov,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər