Bütün xəbərlər
Lavrov: Moskva və Minsk özlərini Qərbin “təcavüzlərindən” qorumağa çalışırlar
Tarix: 19-01-2023 13:41 | Bölmə: Siyasət

Bu gün Minskdə xarici işlər naziri Sergey Lavrov və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin söhbət zamanı qeyd etdiyi kimi, indi Rusiya və Belarus Minskin qərb qonşularının “təcavüzlərindən” qorunmaq üçün bütün tədbirləri görür.
“Biz əsasən neytral ərazi olan Avropanın şimalında NATO-nun indi necə məskunlaşdığını görürük – Finlandiya, İsveç – bütün bunlar bizim sərhədlərimizə çox yaxındır”, o deyib.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya ilə Belarus arasında hərbi əməkdaşlıq sahəsində razılaşmalar hadisələrin istənilən inkişafına hazır olmaq üçün vaxtındadır.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər