12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Kuleba Lavrovla görüşü nəzərdən keçirməyə hazırdır
Tarix: 12-11-2022 22:36 | Bölmə: Siyasət

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya tərəfinin təklifini alacağı təqdirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün mümkünlüyünü etiraf edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, bu barədə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Pnompendə keçirilən sammitində bildirib.
"O, (Lavrov) diplomatiyada adət olduğu kimi görüş tələb etməyib. Əgər belə etsə, biz hazırkı vəziyyətin bütün aspektlərini və reallıqlarını nəzərə alaraq onun xahişini diqqətlə nəzərdən keçirəcəyik", - "Phnom Penh Post" Kulebanın sözlərindən sitat gətirib.
Lavrov Kambocanın paytaxtındadır. O, noyabrın 12-13-də keçiriləcək Şərqi Asiya Sammitində iştirak etmək üçün oraya gəlib.
Xarici işlər naziri forumda Rusiya nümayəndə heyətinə başçılıq edir. Onun bir sıra ikitərəfli görüşləri də var.
ABŞ prezidenti Co Bayden də Pnompendə olub. Onun həm Şərqi Asiya Sammitində, həm də ASEAN Sammitində iştirakı gözlənilir. Amerika lideri, həmçinin Yaponiyanın baş naziri və Koreya Respublikasının prezidenti ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər