Bütün xəbərlər
500-ə yaxın QHT nümayəndəsi Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Tarix: 26-09-2022 23:19 | Bölmə: Siyasət

                   500-ə yaxın QHT nümayəndəsi Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.
Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.
Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.











Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər