00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
29 yaşlı müdriklik partiyası-Fəxrəddin EYVAZOV
Tarix: 14-11-2021 21:32 | Bölmə: Siyasət

Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü sayılan Yeni Azərbaycan Partiyası ötən əsrin sonunda ölkə həyatını bürümüş siyasi kataklizmlər, ictimai təbəddülatlar dövründə yaranmışdır. O zamanAzərbaycan öz tarixinin son dərəcə ağır və keşməkeşli günlərini yaşayır, ölkə ciddi sınaqlara çəkilirdi.Azərbaycanın taleyini düşünən insanlar -ziyalılarınınölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Dövlətimiz 1991-ci ildə müstəqillik əldə etsə də, artıq onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə ölkədə ciddi hakimiyyət böhranı yaşanır, anarxiya tüğyan edir, Bakı az qala vətəndaş müharibəsinə sürüklənirdi. Artıq Xocalı qətliamı törədilmiş, Şuşa, Laçın və digər ərazilərimiz işğal olunmuşdu. Xalqın üzləşdiyi faciələrin, bəlaların “qanadında” hakimiyyəti zəbt edən Xalq Cəbhəsi günbəgün nüfuzdan düşür, ölkənin idarəetməsində yaranan siyasi xaosu ard-arda atdığı yanlış addımlarla daha da dərinləşdirirdi. Buna görə də 1992-ci ildə Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı zərurətini əsaslandıran müraciətə imza atır. Xalq Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə insana, hərtərəfli potensiallı və cəsarətli müdrik şəxsiyyətə sığınır. Müraciət cavabsız qalmır və1992-ci il noyabrın 21-dəHeydər Əliyevin sədrliyi iləAzərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirilir.550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu.
Həmin konfrans Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Xilaskar partiyanın meydana gəlməsi 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn YAP sədri,Naxçıvan Ali Məclisinin sədri qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və ölkəmizin inkişaf yoluna qədəm qoymasını təmin etdi.
O günləri birdə xatırlayaq.
...İyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbçilərlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat iflasa uğradı, hər iki tərəfdən 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldülər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı ən kritik həddə çatdırdı.
...İyunun 8-də Gəncə hadisələri ilə bağlı ölkədə böhran yetərincə dərinləşdi. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar. Bu zaman başını itirmiş respublika rəhbərliyi vəziyyətdən yeganə çıxış yolunu ağsaqqal deputat Heydər Əliyevdən Bakıya gəlməsini və xalqı bu bəladan qurtarmasını israrla xahiş etməkdə gördü.
...İyunun 9-da ulu öndər Heydər Əliyev prezident Əbülfəz Elçibəyin rəsmi dəvəti ilə Bakıya gəldi. Həmin gün Milli Məclis vəziyyəti geniş müzakirə edərək, Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi. Xalqın təkidli tələbini cavabsız qoymayan böyük şəxsiyyət Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, cəsarətlə irəli durdu və bir qrup jurnalistlə Gəncəyə gedərək real vəziyyətlə yerində tanış olmaq qərarını verdi. Bildirdi ki, yalnız bundan sonra təklifə cavab verəcək. Əlbəttə, bu, çox riskli və qorxulu bir səfər idi. Çünki həmin vaxt Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstə hər kəsə qarşı hər an sui-qəsd təşkil edə bilərdi. Elə busəbəbdən də respublikanın rəhbər vəzifəli şəxsləri qorxularından hadisə yerinə getməmişdilər. Surət Hüseynov isə xarici havadarlarının diktəsi ilə silahlı mübarizəsini davam etdirir, respublikada hakimiyyəti ələ keçirmək niyyətini reallaşdırmaq istəyirdi.
Həmin qarışıq zamanda xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı arzusu ilə ayağa qalxması sözün həqiqi mənasında milli hərəkata çevrilmişdi. AXC-Müsavat iqtidarı sürətlə siyasi iflasa uğramasından “nokdaun” vəziyyətinə düşərək səndirləyirdi. Dünya şöhrətli siyasətçinin böyük cəsarət nümunəsi olan Gəncə səfəri tədricən hər şeyi yoluna qoydu və ölkədə yaradılan daxili sabitliyin təməlinə çevrildi. Ulu öndər çəkinmədən Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri və hərbi qulluqçularla görüşüb söhbət etdi, yaranmış vəziyyəti onlarla birlikdə təhlil etdi. Gəncəlilər hər yerdə xilaskarı gül-çiçəklə, xoş diləklə qarşılayırdılar. Əhali küçələrə axışır, ulu öndərə sevgi və inamını nümayiş etdirir, onunla görüşür, səfərin gəncəlilərə əsl sevinc bəxş etdiyini özlərinin təbii səmimiyyətləri ilə büruzə verirdilər.
Sonradan həmin ağır günlərdə Gəncəyə yollanması barədə danışan ümummilli lider bildirmişdir ki, xarici havadarlarının təsiri ilə qiyam qaldırmış, üstəlik də AXC-Müsavat iqtidarının qıcıqlandırdığı “ərköyün” polkovniklə (Surət Hüseynovla) bütün gecəni söhbət aparıb və böyük siyasi məharətlə, ölkənin, xalqın taleyi naminə onu daha yanlış addımlar atmaqdan çəkindirə bilib...
Beləliklə, sözün əsl mənasında tarix yazan dahi şəxsiyyət – xalqının böyük oğlu Heydər Əliyev öz həyatını təhlükəyə ataraq möhtəşəm qurtuluş missiyasını yerinə yetirmişdir. Gəncə səfərindən iki gün sonra - 1993-cü il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın ümummilli liderin xilaskarlıq missiyasına inamının nəticəsi idi. Tarixin sonrakı dönəmi YAP-ın yaradılmasının və ulu öndərdən qayıdış tələbinin ən düzgün yol olduğunu göstərmişdir.
Həmin ilin payızında Ulu Öndər Azərbaycan Prezidenti seçilmişdir. Ölkənin inkişaf konsepsiyasını ardıcıl surətdə həyata keçirmişdir. Növbəti ildə yeni yaranan nizami Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları keçirməsinin nəticəsi olaraq ermənilər Qarabağ münaqişəsində atəşkəsə getməyə məcbur olmuşlar ki, bu da ölkəmizdə iqtisadiyyatın dirçəldilməsinə, Silahlı Qüvvələrin möhkəmlənməsinə imkan vermişdir.
1994-cü ildə Ümummilli liderin uzaqgörən siyasətinin sayəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Bu böyük iqtisadi uğur eyni zamanda Azərbaycanın dövlətmüstəqilliyinin dönməz, sarsılmaz və əbədi xarakter almasını təmin etmişdir.Daha bir il sonra müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Tarixi uğurları saymaqla qurtaran deyil.
Bu gün iqtidar partiyasının, onun Yaradıcısının və hazırkı Sədrinin yüksək vətənpərvərlik səyləri sayəsində Azərbaycan ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə dünyanın söz sahibi olan dövlətləri sırasına qoşulub. Qarabağda otuz illik erməni işğalına son qoyulub və hazirda orada genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı sabahlara üz tutmuşuq. Bütün bunlara görə xalqımız ilk növbədə məhz ulu öndərin ölməz ruhuna borcludur.
Bütün bu uğurlar Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiqliyin bəhrələridir. Yeni Azərbaycan Partiyasının üzvləri onlara tapşırılan hər sahədə əsl vətənpərvərlik və layiqli idarəetmə nümunəsi göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərin ideylarına olan ümumxalq bağlılığından xəbər verir.
Düz 29 il öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmiş və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olmaqla, unudulmaz dahi şəxsiyyətin özünün dediyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəlmişdir.
Fəxr edirik ki, bu partiyanın sıravi əsgəriyik!
Fəxrəddin EYVAZOV,
YAP Masallı rayon təşkilatının aparat rəhbəri
Baxış sayı: 946
Bölməyə aid digər xəbərlər

1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib