23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
16:42 / 22-10-2026
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
16:38 / 22-10-2026
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
16:34 / 22-10-2026
Ukrayna Rusiyanın yeni "Filin" raketi ilə bağlı həyəcan təbili çaldı
16:25 / 22-10-2026
Meşədə bir kişini parçalayan ayı öldürülüb
16:19 / 22-10-2026
Peskov, Putinin ABŞ və Ukrayna ilə görüş üçün hələ iştirakçıları seçmədiyini açıqladı
16:14 / 22-10-2026
Peskov Putin-Vitkov razılaşmalarının müzakirəsinin təhlükələri barədə xəbərdarlıq etdi
16:03 / 22-10-2026
Peskov: "Avropa, ABŞ-dan fərqli olaraq, Ukraynadakı münaqişənin həlli üçün heç nə etmir"
15:59 / 22-10-2026
Münaqişə zamanı tanışını öldürüb
15:55 / 22-10-2026
Lukaşenko bildirib ki, insan həmişə müharibəyə hazır olmalıdır
15:52 / 22-10-2026
Rusiya Polşanı hərbi təxribat hazırlamaqda şübhəli bilir
15:47 / 22-10-2026
Fransada yaxın gələcəkdə həmkarlar ittifaqı nümayişlərindən başqa etirazlar qadağan ediləcək
15:40 / 22-10-2026
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
15:36 / 22-10-2026
Jurnalist terror aktlarına çağırış etməkdə təqsirli bilinib
15:25 / 22-10-2026
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
15:12 / 22-10-2026
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20:56 / 21-10-2026
Qayıqla gəzinti zamanı uşağın ölümünə görə cəza alıb
20:52 / 21-10-2026
Mağazanın mühafizəçisi müştərinin ölümcül döyülməsi ilə bağlı həbs edilib
20:49 / 21-10-2026
İsveç Rusiyalı xizəkçilərə viza verməkdən imtina etmək istəyir
20:35 / 21-10-2026
Kreml Ukraynadakı sülh prosesində iki yeni iştirakçı təyin edib
20:32 / 21-10-2026
Bir qız iki yanacaqdoldurma məntəqəsini yandırdı
20:26 / 21-10-2026
Məktəbli qıza hücum edən həbs edilib
20:22 / 21-10-2026
Peskov bildirib ki, Avropa Ukrayna danışıqlarına kömək etməyəcək
20:19 / 21-10-2026
Küçədən keçənlər ayı gördülər
20:11 / 21-10-2026
Dmitriyev və Vitkov Hubbard ilə görüşüblər
20:08 / 21-10-2026
Yeniyetmə yanğın və silah oğurluğuna görə mühakimə olunacaq
20:05 / 21-10-2026
Dayanacaqda avtobusları yandırmış ola biləcək yeniyetmə saxlanılıb
20:00 / 21-10-2026
"The American Conservative": "Trampın təzyiqi Zelenskinin sülhə nail olmasına kömək edəcək
19:50 / 21-10-2026
Polşada naməlum uçan obyekt (NLO) aşkar edilib
Adil Əliyev: Bizi qarşıda milli birlik sayəsində fəth olunacaq yeni strateji zirvələr gözləyir
Tarix: 28-08-2021 23:41 | Bölmə: Siyasət
Baxış sayı: 474
Bölməyə aid digər xəbərlər
Tarix: 28-08-2021 23:41 | Bölmə: Siyasət

Çox haqlı və yerində bir deyim var: tarixi qaliblər yazır. 44 günlük müharibədə çoxəsrlik dövlətçilik tarixinin ən parlaq və bənzərsiz qələbəsini qazanan Azərbaycan haqlı, güclü və qalib dövlət kimi möhtəşəm Zəfər salnaməsi yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dövlətimizin qüdrəti, xalqımızın həmrəyliyi, mübarizə əzmi və Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması şərəf və qürur tariximizdir. Bu qələbə, eyni zamanda, tarixi ədalətsizliklərin aradan qaldırılması, yeni reallıqların yaradılması və milli tərəqqinin gələcək konturlarının müəyyənləşdirilməsi baxımından da olduqca əlamətdardır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bu məsələlərlə əlaqədar çox mühüm nüanslara toxundu, tarixi faktlara nəzər saldı, bu günə və gələcəyə dair çox əhəmiyyətli fikirlər səsləndirdi, bir sıra mesajlar verdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Tarixi qaliblər yazır” sərlöhvəli məqaləsində yer alıb.
Məqalədə həmçinin deyilir: “Bu kontekstdə, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycanda hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Dövlətimizin başçısı sözügedən çıxışı zamanı diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Eyni zamanda, Vətən müharibəsi qəhrəmanı adını alan bütün şəxslərin, ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələrinin mənzillərlə təmin edilməsi də diqqət mərkəzindədir. Sadalananlara paralel olaraq müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməsi Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin humanist mahiyyətini əks etdirir.
Tarixi Zəfər: ikili standartlar siyasətinin iflası və ədalətin təntənəsi
Xüsusi vurğulamaq gərəkdir ki, Müzəffər Ali Baş Komandanımız çıxışı zamanı Azərbaycanın qələbəsinin necə möhtəşəm və əzəmətli, əhəmiyyətli olduğunu bir daha diqqətə çatdıraraq “Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”,-deyə vurğuladı. Həqiqətən də, bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində və strateji tədqiqat mərkəzlərində öyrənilən İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Çünki bu müharibə Azərbaycan xalqının Qurtuluş savaşı olması ilə yanaşı, ədalətin və iradənin təntənəsi, həmçinin dövlətimizin regionda təhlükəsizliyin təmin olunması üçün haqlı mübarizəsi və strateji qətiyyəti idi. Azərbaycan həm dövlətimizin gücünün, həm də xalqımızın həmrəyliyinin rəmzi olan “Dəmir yumruq” vasitəsilə təkcə işğalçı Ermənistanı məğlubiyyətə uğratmadı, həm də döyüş meydanında erməni faşizminin başını əzdi – belini qırdı, separatizmi məhv etdi, beynəlxalq birliyin bəzi üzvlərinin ikili standartlara əsaslanan siyasətini iflasa uğratdı. 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad edən Azərbaycan həm də mühüm bir beynəlxalq presedent yaratdı. Bu, bütün təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, bir dövlətin olduqca mürəkkəb beynəlxalq şəraitdə öz hərbi-siyasi qüdrəti vasitəsilə ərazi bütövlüyünü bərpa etməsi, BMT-nin uzun illər ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə hüququn təntənəsinə və ədalətin öz yerini tapmasına müvəffəq olmasıdır.
Postmüharibə dövrünün reallıqları və nəticələr: Azərbaycan yeni strateji nailiyyətlərə doğru...
Prezident İlham Əliyev bəhs olunan çıxışında postmüharibə dövrünün reallıqlarına da nəzər yetirdi. Bir daha bəlli oldu ki, müharibəsonrası dönəminin gerçəklikləri tamamilə Azərbaycanın tarixi qələbəsinin nəticələrini əks etdirir. Belə ki, siyasi-diplomatik müstəvidə diktə edən tərəf məhz yeni reallıqlar yaratmış qalib və haqlı Azərbaycan dövlətidir. Yeddi rayon ilə yanaşı, Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad edən Azərbaycan istər Qarabağ bölgəsində, istərsə də Ermənistanla sərhəddə hakim strateji nöqtələrə malikdir. Məhz işğaldan azad edilmiş ərazilərdə bərpası ilə əlaqədar nəhəng vəzifənin uğurla yerinə yetirilməsi, həmçinin regionda kommunikasiya xətlərinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın iqtisadi, siyasi gücünün, strateji imkanlarının artmasını, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafını və beynəlxalq münasibətlər sistemində yüksəlişini təmin edəcək. Bütün bunlar isə hazırkı reallıqların praqmatik siyasət həyata keçirən, strateji avantajlara sahib olan Azərbaycan üçün mühüm perspektivlər vəd etdiyini göstərir.
Milli iradənin gücü və tarixi ədalətsizliyin aradan qaldırılması
Yeri gəlmişkən, postmüharibə dövrünün ən mühüm reallıqlarından biri Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün aparılmasıdır. Əlbəttə, bu, təkcə iqtisadi-sosial məzmun daşımır, həm də tarixi, siyasi-strateji baxımdan çox mühüm əhəmiyyətə malikdir.
İlk növbədə, qeyd etmək lazımdır ki, dövlət başçısının 7 iyul 2021-ci il tarixli həmin Fərmanı ilə xalqımıza qarşı böyük bir tarixi ədalətsizlik aradan qaldırıldı. Məlumdur ki, 1921-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolunda “Dağlıq Qarabağ” ifadəsi yer almışdı. Eyni zamanda, bunun əsasında süni bölgü aparılmış, 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Dövlətimizin başçısının bəhs olunan Fərmanında “Qarabağ iqtisadi rayonu” ifadəsinin yer alması ilə “Dağlıq” sözünün və bütövlükdə, süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi. Yeni bölgü əsasında Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da mühüm tarixi və siyasi-strateji önəm daşıyır. Bununla yanaşı, Xankəndinin, Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qəti ifadəsidir. Yeni mərhələdə regional inkişaf kontekstində Qarabağın və Şərqi Zəngəzurun bərpası isə həm mühüm sosial-iqtisadi dividendlər vəd edir, həm də xalqımızın və dövlətimizin öz tarixi irsinə sahib çıxdığını, gələcək nəsillərə milli miras buraxdığını göstərir.
Rəsmi İrəvanın cinayətkar siması Ermənistanın terrorçu mahiyyətini əks etdirir
Dövlət başçısının bəhs olunan çıxışı zamanı toxunduğu çox mühüm məsələlərdən biri də Azərbaycanın humanist və məsuliyyətli mövqeyinin fonunda Ermənistanın terrorçu və cinayətkar mahiyyətidir. Əlbəttə, bu fakt həm tarixi, həm də indiki reallıqları əks etdirməklə beynəlxalq ictimaiyyətə yaxşı məlumdur.
Rəsmi İrəvanın, təcavüzkar erməni millətçilərinin terrorçu siması və xarakterini əks etdirən məqamlardan biri onların antihumanist davranışı ilə əlaqədardır. Sirr deyil ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqının təxminən 4 minə yaxın nümayəndəsi itkin düşüb. Ermənilər isə onların nəşini bizə qaytarmayıblar, müxtəlif yalanlar və bəhanələrlə dünya ictimaiyyətini aldatmağa çalışmaqla qeyri-insani mövqe sərgiləyiblər. İşğalçını döyüş meydanında layiqincə cəzalandıran Azərbaycan isə həm də humanizm prinsipinə - özünün insanpərvərlik ənənələrinə sadiqlik nümayiş etdirir. Təkcə işğaldan azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb.
Digər bir fakta nəzər yetirək. Azərbaycan dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı kimi tanınır, sivilizasiyalararası dialoqun inkişafına müstəsna töhfələr verir. Multikulturalizm həm cəmiyyətdə həyat tərzi, həm də dövlət siyasətidir. Azərbaycan nümunəsi milli və dini dözümlülüyü, mehriban və təhlükəsiz birgəyaşayışı əks etdirir. Ermənistan isə bütün bu dəyərlərə zidd yanaşma və mövqe sərgiləyir. Faktlar bu ölkənin və rəsmi İrəvanın cinayətkar obrazını göstərir. Belə ki, uzun illər ərzində işğal altında saxladıqları ərazilərdə illeqal məskunlaşdırma aparan Ermənistan, həmçinin tarixi, dini-mədəni abidələrimizə qarşı vandalizm aktları törətməklə bəşəriyyətin mədəniyyət xəzinəsini - dünya mədəni irsini hədəfə alıb. Bu, sanki sivilizasiyadan uzaq vəhşi bir tayfanın bütün insani və mədəni dəyərlərə qarşı hücumunu əks etdirir.
Möhtəşəm qələbənin nəticələrinin möhkəmləndirilməsi yeni milli-strateji hədəflər kontekstində
Beləliklə, reallıqlar aydındır: qalib Azərbaycan postmüharibə mərhələsində tarixi, siyasi və strateji əhəmiyyətə malik olan addımlarla qələbənin nəticələrini möhkəmləndirir, həm öz milli tərəqqisi, həm də regional təhlükəsizlik və əməkdaşlıq kontekstində yeni perspektivlər yaradır. Bu isə ölkəmizin qarşısında duran yeni strateji vəzifələrə - milli hədəflərə çatmağa etibarlı zəmin - əlverişli şərait yaradır. Necə deyərlər, bizi qarşıda milli birlik sayəsində fəth olunacaq yeni strateji zirvələr gözləyir!
Baxış sayı: 474
Bölməyə aid digər xəbərlər
Dünən, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
Dünən, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi
12-10-2026, 22:03
Aİ 22-ci sanksiya paketinə Rusiyanın iki hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərini əlavə edib
12-10-2026, 21:46
Estoniyanın yeni prezidenti var
9-10-2026, 10:52
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
8-10-2026, 18:35
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
7-10-2026, 20:58
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
6-10-2026, 18:33
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
5-10-2026, 15:13
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
5-10-2026, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
5-10-2026, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
4-10-2026, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
4-10-2026, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"
3-10-2026, 19:15
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi













