Bütün xəbərlər
Mehriban Əliyeva veteranları təbrik etdi
Tarix: 09-05-2021 13:25 | Bölmə: Siyasət

                   Mehriban Əliyeva veteranları təbrik etdi



Birinci vitse-prezident Mehriban Əliyeva 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib.
"Qafqazinfo" xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşdığı təbrikdə deyilir: 
"Əziz veteranlar!
Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram!
Qələbə Gününüz mübarək!".


                              



Baxış sayı: 335


Bölməyə aid digər xəbərlər