12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi
Tarix: 26-02-2021 17:59 | Bölmə: Siyasət

                    İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi


“Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı vəziyyətə də toxundum. Həmin çıxışım Ermənistanda baş verən hadisələrdən əvvəl edilmişdi. Ancaq hadisələr onu göstərdi ki, mən çıxışımda tam haqlıydım”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistanda baş verənlər dövlətçilik əsaslarını sarsıdır: “Bunun günahkarları Ermənistanın keçmiş və indiki rəhbərləridir. Ölkə bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, müstəmləkəyə bənzəyirdi. Bunun səbəbi də işğalçılıq siyasəti idi. Ermənistanı ardıcıl olaraq beynəlxalq layihələrdən təcrid etmişdik.
Deyirdik ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın. Bundan sonra bölgədə işbirliyimiz ola bilər. Ancaq bu çağırışlara qulaq asan olmadı.
Ermənistanda indi böhranlı vəziyyət hökm sürür. Prinsip etibarilə biz başqa ölkələrin daxili işinə qarışmırıq. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalacaq. 10 noyabr bəyanatı icra edilir və ediləcək.
Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Onlar yeni reallıqlarla barışmalıdır. Bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və digər ölkələr barışmalıdır”.



Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər