11:04 / 21-04-2021
Ramiq Muxtar vəfat etdi
Ermənilərin Azərbaycan ərazisində rus diliylə bağlı - Təxribatı
Tarix: 17-02-2021 16:56 | Bölmə: Siyasət

                    Ermənilərin Azərbaycan ərazisində rus diliylə bağlı


Ermənilər Azərbaycan ərazisində daha bir təxribata əl atıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. 
Qeyd olunub ki, ötən gün separatçı rejimin “Milli Məclis”i erməni dilindən əlavə, rus dilinin də rəsmi dil kimi tanınmasına dair bir “qanun layihəsi” təqdim edib. 
***
Musavat.com saytında hadisəylə bağlı geniş məlumat dərc olunub. Bildirilir ki, Qarabağın dağlıq hissəsində oyuncaq dövlət təsisatı quran ermənilər 44 günlük müharibədə "böyük qardaşı" Ermənistanla birlikdə acı məğlubiyyətə uğramalarına baxmayaraq, öz mövcudluqlarını qoruduqlarını göstərmək üçün müxtəlif təxribat xarakterli hərəkətlər edirlər. Onların biri də budur ki, dünən qondarma "respublika"nın rəhbəri Araik Arutyunyan rus dilinin rəsmi dövlət dili kimi tanınması barədə qanunu imzalayıb. 
Öz tükdən asılı mövcudluqlarını Moskvaya, Kremlə borclu olan, "sülhməramlı qüvvələr"ə güvənərək bunkerlərdən bayıra çıxıb şəhərdə hərəkət edə bilən "hökumət"in belə bir addımı, şübhəsiz ki, "lap böyük qardaş"a yarınmaq cəhdidir. Qondarma "dqr"-də Rusiyanın məhdud hərbi kontingentindən başqa rus dilində danışan bir kimsə yoxdursa, həmin "rəsmi dil" kimə nə üçün lazımdır?
Hər hansı bir status alıb-almamasından asılı olmayaraq, sülhməramlılar onsuz da öz dillərində danışırlar və erməniləri onlarla bu dildə danışmağa məcbur qoyublar.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
17-04-2021, 16:57 Prezident fərman imzaladı