21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
Nikol Paşinyan baş nazir oldu - revanşistlər pusquda - ŞƏRH
Tarix: 08-05-2018 18:24 | Bölmə: Siyasət
Son bir həftə ərzində Ermənistan parlamenti ikinci dəfə baş nazir postuna yeganə namizəd Nikol Paşinyana səs verib. Əslində, bunu demokratik hadisə saymaq olmaz. Çünki ölkə müxalifətinin lideri inqilab nəticəsində hökumət başçısı olub. Bu müddət ərzində isə parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasından olan deputatların mövqeyindəki böyük dəyişikliyi demokratik hadisə, yaxud dəyər saymaq sadəlövhlükdür. Deməli, bu partiya təməl prinsiplər üzərində deyil, hakimiyyət maraqları, yaxud xarici razılıqlar əsasında yaranıb və fəaliyyətdədir. Hər halda Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”a dəstək də oxşar cəhətlərdəndir. Başqa sözlə, daxili narazılıq, hakimiyyət maraqları, xarici dəstək bu etiraz aksiyasının məqsədinə doğru irəliləməsinin başlıca şərtləri olub.
Əslində, ölkədə etiraz aksiyaları həmişə keçirilirdi və narazılıq getdikcə artırdı. Lakin etirazçıların tələblərini qarşılamaqdansa, hakimiyyət onları susdurmağa çalışırdı. Bu isə Serj Sarqsyanın komandasından, hakimiyyətindən bezənlərin sayının artması ilə müşhidə olunurdu. Cəmiyyətin fəal hissəsinin yarısından çoxunu etirazçı və ya narazılar təşkil edirdi. Serj Sarqsyan özünün baş nazir seçilməsi ərəfəsində müsahibələrindən birində bildirmişdi ki, Ermənistan cəmiyyətinin 60 faizi narazıdır. Bu narazıların da mütəşəkkil etiraz aksiyası təşkil olundu, xarici və daxildəki narazı qüvvələr isə şəraiti düzgün dəyərləndirə bildilər. Nəticədə Serj Sarqsyan hakimiyyəti devrildi. O, bir həftə (aprelin 17-dən 23-dək) baş nazir olmaqla özünəməxsus antirekord vurdu.
Məlum olduğu kimi, Serj Sarqsyan 2008-ci il martın 1-də qan töküb prezident olmuşdu. Ancaq aprel aksiyalarının iştirakçılarına qarşı güc tətbiq edilmədi. Belə görünür, xarici qüvvələr bu məsələdə razılaşmışdı. Başqa sözlə, Rusiya və diaspor aksiya iştirakçılarına qarşı güc tətbiqinə razılıq vermədi. Ola bilsin ki, on il əvvəlki hadisələrdən Moskva çəkindi. Aksiyanın zor tətbiqi yolu ilə yatızdırılması Ermənistanda Kremlə qarşi nifrət hissini yaradar, yaxud onu gücləndirə bilərdi. Çünki Ukraynada belə bir səhv addım atılmışdı. Onu da ehtimal etmək olar ki, yenidən hakimiyyətə gəlmək üçün üz yeri qoyulub.
Beləliklə, müxalifət düşərgəsi birlik nümayiş etdirə bildi. Müxtəlif təkliflərə baxmayaraq, müxalifət hədəfinə doğru addım-addım irəliləyir. Yeri gəlmişkən, onların bir neçə addımı hələ qalır. Əgər ilk addım Serj Sarqsyanın hakimiyyətdən getməsi, ikinci addım özlərinin dediyi kimi xalqın namizədinin baş nazir olmasıydısa, növbəti addımlar növbədənkənar parlament seçkilərinin keçirilməsi, yeni baş nazirin seçilməsi və hökumətin formalaşması, konstitusiyada yenidən islahat (müxalifət iddia edir ki, baş nazirin səlahiyyəti çoxdur və prezidentin səlahiyyətləri artırılmalıdır), yenidən prezident seçkisi. Əks təqdirdə “məxməri inqilab” məqsədlərinə çatmamış sayılır. Bu isə yenisinin əmələ gəlməsi üçün zəmin hazırlaya bilər.

Ermənistanda imkanlı iş adamları etiraz aksiyalarını gec də olsa dəstəklədi. Məsələn, milyarder, “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Tsarukyan” blokunun başçısı Qaqik Tsarukyanın tərəfdarları aksiyaların sonuncu günü yürüşə qoşuldu. Bu da Serj Sarqsyanın hakimiyyətdən getməsini sürətləndirdi. Heç şübhəsiz, aksiyaların maliyyələşməsi əsas məsələlərdəndir. Burada qeyri-adilik axtarmağa ehtiyac yoxdur. Çünki inqilabın baş verməsi üçün maliyyə vəsaiti qoyulmazsa, hədəfinə çata bilməz. Axı, bu, hansısa həmkarlar təşkilatının sosial tələblərlə keçirdiyi etiraz aksiyası deyil. Maliyyə məsələsi perspektivdə Nikol Paşinyan üçün problemə çevrilə bilər. Amma o, bunun qarşısını almaq üçün "Facebook" səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib. Aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 6 mln. 74 min 350 dram (təxminən, 12 min 500 ABŞ dolları) təşkil edib. Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarının açıqlanmasını istəməyib, bir qism insanın isə yalnız adları göstərilib. İsveç, ABŞ, Almaniya, Rusiyada yaşayan onlarla erməninin adı var. Onların arasında məşhur şahmatçı, Rusiyanın müxalifətçilərindən sayılan Harri Kasparovun da adı var. O, etiraz hərəkatına 10 000 dram (təxminən, 20 dollar) pul ayırıb. Toplanan maliyyə vəsaitləri bayraqların alınmasına, yeməyə və mitinqin keçirilməsi üçün texniki vasitələrə xərclənib. Ancaq Ermənistan KİV-i yazırdı ki, ölkə bayrağının rənglərindəki parçaları dükan sahibləri həmin günlər pulsuz verirmiş, dərzilər də havayı tikirmiş. Deməli, bayrağa iddia edildiyi kimi elə də pul xərclənməyib. Bundan başqa, etiraz aksiyası iştirakçısı azından aprelin 13-dən mayın 1-dək həm də işləməyib. Onların ailələrinin 20 günlük xəclərini kim verib? Bu baxımdan, digər maliyyə yardımlarının da olduğu istisna edilmir. Nikol Paşinyan maliyyə məsələsində şəffaf olmağa çalışıb. Ancaq aksiyaya ianələrin verilməsi məsələsi “Mənim addımım” hərəkatını gələcəkdə vurmaq üçün bir alət ola bilər. Ehtimal etmək olar ki, bu aksiyaları Qagik Tsarukyan, Samvel Aleksanyan, Xaçatur Sukiasyanla yanaşı, xaricdəki başqa imkanlı ermənilər, yaxud ermənisevərlər də maliyyə vəsaiti ilə dəstəkləyiblər. Bu maliyyə məsələsi indi deyil, bir müddət sonra Nikol Paşinyan komandası üçün başağrısı ola bilər. Hər halda bunu gələcək göstərəcək.

2016-cı il aprel döyüşlərindən sonra Ermənistan cəmiyyəti, hakimiyyəti pərən-pərən düşmüşdü. O vaxt Serj Sarqsyan həmyerlisi, müdafiə naziri Seyran Ohanyanı günah keçisi kimi qurban verməklə vəziyyətdən çıxmağa çalışdı. Ancaq görünür, bu, diaspor və Ermənistan ictimaiyyətini qane etmədi. Bu dəfə Azərbaycan vətəndaşları olan Qarabağ mafiyasının üzvlərinin hakimiyyətdən getməsinə fitva verilmişdi və bu həyata keçdi. Onları Kreml belə müdafiə edə bilmədi. Odur ki, aprel aksiyaları Ermənistan cəmiyyətinin toparlanmasına yardım etdi. Yeni hökumət ölkədə dağılan cəmiyyəti birləşdirməyə çalışacaq. Çünki Nikol Paşinyan hakimiyyətin keçmiş təmsilçiləri ilə haqq-hesab çürütməyəcəyini bildirib. O, başçılıq edəcəyi hökumətdə oliqarxın təmsil olunmayacağını da vurğulayıb. Nikol Paşinyan Ermənistan cəmiyyətini narahat edən inhisarçılığa qarşı olacağını, hökumətin açıq rejimdə fəaliyyət göstərəcəyini bildirib. Müxalifət nümayəndələri iddia edir ki, düşmənləri əl-qollarını sallayıb dayanmayacaq. Ona görə də bu qüvvələr “Öz ölkəmizin sahibiyik!” şüarını həyata keçirmək niyyətindədirlər. Heç şübhəsiz, bu, ilk nöbədə Rusiyaya aiddir. Rusiya rəsmiləri Ermənistanla münasibətlərin əvvəlki əsaslarda davam edəcəyini vurğulasalar da, Rusiyanın siyasi-ideologiyasının başlıca təmsilçilərindən sayılanlar Ermənistana qarşı çıxışlar edirlər. Rusiyanın “Birinci kanal”ının “Odnoko” proqramının aparıcısı, hazırda “Rosneft”in vitse-prezidenti və mətbuat katibi olan Mixail Leontyev Ermənistandakı “məxməri inqilab”ı “fahişəlik” adlandırıb. Mixail Yuryev isə Ermənistanı müstəqil dövlət saymadığını deyərək hadisələri “qurberniyada qiyam” adlandırıb: “Rusiyanın zəif inkişaf etmiş xalqı özünə birləşdirmək hüququ var. Yerevana iki alay göndərib “məxməri inqilab”ı qanda boğmaq lazımdır”. Belə çıxışlar deməyə əsas verir ki, Rusiya Ermənistandan nə belə asanlıqla əl çəkəcək, nə də çıxacaq. Düzdür, bu dəfə alay göndərməyəcək. Serj Sarqsyan hakimiyyətdə olmadığından siyasi elitada onları dəvət edəcək qüvvə də görünmür. Parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyası isə bu məsuliyyəti üzərinə götürəcək gücdə deyil. Odur ki, kremlyönlülərin revanşı növbədənkənar parlament seçkilərinə qalıb. Həmin müddətədək Respublikaçılar Partiyası bütöv qalıb gücünü qoruya bilsə, onda seçkilər yolu ilə onların yenidən hakimiyyətə gəlməsi ehtimalı qalır. Bunun baş verməməsi üçün “inqilabçı qüvvələr” keçmiş hakim partiyanın bütün resurslarını ya dağıtmalı, ya neytrallaşdırmalı, ya da özününküləşdirməlidir. Əks halda, paşinyançılara rusiyayönlülərin qarşısını almaq çətin olacaq. Növbədənkənar seçkilərdə isə revanşistlərlə “addımçılar"ın kəskin və sərt mübarizəsinin gedəcəyi istisna edilmir. Bu, Ermənistanın gələcəyini də müəyyənləşdirəcək.
Beləliklə, Nikol Paşinyan baş nazir oldu. Onun və təmsil etdiyi qüvvələrin hakimiyyəti nə qədər sürəcək? Bu sualın cavabı keçiriləcəyi halda növbədənkənar seçkilərdə veriləcək. Əgər seçki keçirilməzsə, o zaman ölkədə hökumət böhranı yarana bilər. Bu isə inqilabçıların məğlubiyyəti deməkdir. Ona görə də addım-addım hədəfə çatmaq üçün Ermənistandakı “inqilabi” proses davam edir, revanşistlər isə pusqudadır.

Baxış sayı: 1 012
Bölməyə aid digər xəbərlər

Dünən, 20:47
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
Dünən, 16:38
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
15-07-2026, 20:01
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
15-07-2026, 19:58
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
15-07-2026, 19:34
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
15-07-2026, 19:22
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
13-07-2026, 19:23
Almaniya səfirinə Berlinin Ukrayna Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirakının yolverilməzliyi barədə xəbərdarlıq edib
12-07-2026, 20:10
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
10-07-2026, 20:24
Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır-Könül Nurullayeva
8-07-2026, 21:04
Politoloq: "NATO zirvəsi Türkiyə ilə Rusiya arasındakı əlaqələri pozmaq məqsədi daşıyır"
7-07-2026, 20:40
Ermənistan məhkəməsi müxalifət partiyasının rəhbərini həbs edib
7-07-2026, 20:33
Peskov: "Ukraynanın vəziyyəti hər gün pisləşir"
7-07-2026, 20:26
Bu qanun həm də gənclərin maliyyə savadlılığının yüksəldilməsinə töhfə verəcək-Könül Nurullayeva
6-07-2026, 19:57
Rusiya İranın nüvə məsələsinin həllində iştirak etmək niyyətindədir
6-07-2026, 19:53
Rusiya İsveçdən Vyana Konvensiyasına riayət etməyi tələb etdi
6-07-2026, 19:25
Mişustin və Paşinyan təxminən 90 dəqiqəlik görüş keçiriblər
6-07-2026, 19:22
Vitkov və Kuşnerin Rusiyaya səfəri ilə bağlı açıqlama verdi
6-07-2026, 19:17
Rusiyanın Bakıdakı səfiri Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən çağırılıb
5-07-2026, 21:28
Azərbaycanın sülh diplomatiyası
5-07-2026, 21:16
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
5-07-2026, 18:52
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
3-07-2026, 21:08
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
3-07-2026, 20:14
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
2-07-2026, 17:50
Amerikalı Dudakov ABŞ-da böyük üçüncü partiyanın yaradılmasını qeyri-mümkün adlandırır
2-07-2026, 17:27
Polşa ukraynalıların hüquqlarını digər xarici vətəndaşlarla bərabərləşdirmək qərarına gəlib
2-07-2026, 13:58
Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır-Könül Nurullayeva
1-07-2026, 19:04
Federasiya Şurası ABŞ-ın NATO-nun genişlənməsi ilə bağlı yalanını təsdiqləyən sənəd yayımladı
30-06-2026, 21:59
Finlandiya Rusiyaya hücum üçün tramplin olacaq
30-06-2026, 16:46
Putin və Tokayev strateji tərəfdaşlığın inkişafını müzakirə etdilər
29-06-2026, 20:51
Paşinyan yaxın gələcəkdə Putinlə əlaqə saxlamağı gözləyir
29-06-2026, 20:33
11 rus vətəndaşının azad edilməsi məsələsini müzakirə edəcək
29-06-2026, 20:23
Rusiya Xarici İşlər Nazirliyi Avropadan məqbul danışıq aparan üçün meyarları açıqlayıb
29-06-2026, 20:00
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın AB ilə yaxınlaşmaq üçün praktik addımlar atdığını bildirib
29-06-2026, 19:52
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı nüvə silahlarının yerləşdirilməsinin nəticələri ilə bağlı xəbərdar etdi
28-06-2026, 21:43
Finlandiya xarici işlər naziri Rusiya ilə danışıqların vaxtının hələ tam çatmadığını bildirdi
28-06-2026, 13:19
Lukaşenko Asiyaya böyük səfərə yola düşür
28-06-2026, 12:55
Medvedev bildirib ki, Rusiya Ermənistan hakimiyyətinin niyyətlərini onların hərəkətlərinə əsasən qiymətləndirəcək