15:19 / 16-02-2026
10 canavar qeydə alınıb
15:14 / 16-02-2026
Bolqarıstan ətraf mühit hərəkatı ilə əlaqəli altı nəfərin ölümünü araşdırır
14:55 / 16-02-2026
Təqaüddə olan kontr-admiral 592 milyon rubl mənimsəməkdə təqsirli bilinib
14:49 / 16-02-2026
Lukaşenko BMT-ni heç nəyə qərar verməyən dəyərsiz bir təşkilat adlandırdı
14:33 / 16-02-2026
Narkotik satıcısı polis məmurunu maşını ilə vurub
14:27 / 16-02-2026
Bir xizək kurortunda uçqun nəticəsində üç nəfər həlak olub
14:19 / 16-02-2026
Budanov: "Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqların yeni mərhələsi üçün Cenevrəyə yola düşüb"
14:13 / 16-02-2026
Peskov Putinin Tokayevlə telefon danışığını xəbər verdi
14:05 / 16-02-2026
"An-124" təyyarəsi ilə bağlı məhkəmə prosesləri davam edir
13:58 / 16-02-2026
ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çinə xəbərdarlıq olaraq öz gəmisini məhv etdi
13:53 / 16-02-2026
Prokurorlar yeddi nəfərin qətlində təqsirli bilinən bir kişiyə 15 il həbs cəzası istəyirlər
13:26 / 16-02-2026
İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər
22:59 / 15-02-2026
Bəstəkar Rıbnikov "Bu-ra-ti-no" mahnısına görə 3 milyon rubl qazandı
22:53 / 15-02-2026
Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya neftinin tranzitinə icazə verməsini xahiş ediblər
22:49 / 15-02-2026
ABŞ-ın geri çəkilməsindən sonra Suriya Ərəb Ordusu Əş-Şəddadi hərbi bazasına nəzarəti ələ keçirib
20:14 / 15-02-2026
İlham Əliyev: "Azərbaycan Serbiyaya qaz tədarükünü artıracaq"
20:11 / 15-02-2026
Tramp Sülh Şurasının növbəti iclasının 19 fevralda keçiriləcəyini təsdiqlədi
20:09 / 15-02-2026
Lolitanın konserti ləğv edilib
20:04 / 15-02-2026
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
19:56 / 15-02-2026
“Əziz, baba, səni çox sevirəm” - Leyla Əliyevadan təbrik+Foto
19:44 / 15-02-2026
Su anbarının buzundan huşsuz vəziyyətdə olan kişi xilas edilib
19:31 / 15-02-2026
Dmitriyev: "Zelenskidən Münhendə yaxın çevrəsindəki korrupsiya ilə bağlı soruşulmayıb"
19:28 / 15-02-2026
Rubio: "ABŞ Avropanın onun vassalı olmasını istəmir"
19:25 / 15-02-2026
Kallas Ukraynanın Avropa Birliyinə daxil olması üçün konkret tarix deməkdən imtina etdi
19:19 / 15-02-2026
Bir kişinin trolleybusda gediş haqqını ödəməyən şəxsə hücum etməsindən sonra cinayət işi açılıb
19:16 / 15-02-2026
Rubio Suriya danışıqları səbəbindən Münhendə Ukrayna görüşünü buraxdı
19:14 / 15-02-2026
Odessa sakini hərbi xidmətə çağırılmamaq üçün əlini üyüdücü ilə kəsib.
16:44 / 15-02-2026
Stansiyada dizel lokomotivi yanıb
16:32 / 15-02-2026
Uşaqlara işgəncə verdiyinə görə məhkəmə qarşısına çıxacaq
16:30 / 15-02-2026
Neft quyusunda baş verən yanğın nəticəsində dörd nəfər xəsarət alıb
16:22 / 15-02-2026
İki yeniyetmənin bir qıza hücumda iştirak etdiyi müəyyən edilib
12:43 / 15-02-2026
Maral öldürən brakonyer həbs edilib
12:35 / 15-02-2026
Kərpicdən tikilmiş evdə baş verən yanğında iki nəfər ölüb
12:31 / 15-02-2026
Yanğın yerində üç nəfərin cəsədi tapılıb
12:27 / 15-02-2026
2200 kvadratmetrlik yanğın söndürülür
12:25 / 15-02-2026
Obama Trampın irqçi meymun videosuna şərh verib
12:05 / 15-02-2026
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
“Rəşid Behbudova, Zeynəb Xanlarovaya, Flora Kərimovaya kim çatar?” – DEPUTAT
Tarix: 16-08-2019 19:35 | Bölmə: Reportaj
Rüfət QULİYEV: Bu gün ictimai fənlərə olan münasibət ona gətirib çıxarır ki, ali məktəblərin məzunlarının bir şəxsiyyət kimi formalaşmasında böyük problemlər meydana gəlir.
Etikxeber.az-ın suallarını millət vəkili, professor Rüfət Quliyev cavablandırır:
-Rüfət müəllim, Siz millət vəkili olmaqla bərabər həm də elm, təhsil adamısınız, ali məktəblərdən birində – Texniki Universitetdə kafedra müdiri işləyirsiniz. Bu baxımdan, bir elm adamı, ali təhsil işçisi olaraq, Sizi Azərbaycan elmində və təhsilində ən çox narahat edən, diqqətinizi daha çox məşğul edən məsələ hansıdır?
– Bu gün postsovet məkanında, o cümlədən, Azərbaycanın özündə gedən proseslərdə bir narahatçılıq var. O da ictimai fənlərə ali məktəblərdə münasibətlə bağlıdır. İctimai fənlərdən danışanda, – başda da fəlsəfə olmaqla, tarix, politologiya, siyasi iqtisad gəlir – bu fənlər üzrə ildən-ilə saatlar azalır, bu fənlərə o qədər də önəm verilmir ali məktəblərdə. Bu, bizim söz deyil, bu, bugünkü söz də deyil, qədimdən bizə gələndir ki, bütün elmlərin başında fəlsəfə dayanır. Siyasi iqtisadın ən azı 300 ildən yuxarı tarixi var. Hər bir elmin əsası var, o cümlədən, politologiyanın da. Düzdür, sovet vaxtı, sovet dönəmində politologiya yox idi, amma bununla belə, fəlsəfənin nəzdində elmi kommunizm deyilən bir fənn var idi. Ancaq bu gün bu fənlərə bu formada münasibət ona gətirib çıxarır ki, ali məktəblərin məzunlarının bir şəxsiyyət kimi formalaşmağında böyük problemlər meydana gəlir.
Məsələn, istənilən ali məktəbi qurtaran məzun ali savad alır və təbiidir ki, onun hər məsələdən, belə demək mümkünsə, minimum səviyyədə başı çıxmalıdır, o cümlədən, iqtisadiyyatdan. İqtisadiyyatın da başında duran siyasi iqtisaddır. İstənilən iqtisadi elmin, belə deyək, əsasında duran siyasi iqtisaddır. Bu, cəmiyyət həyatında iqtisadi münasibətlərdən bəhs edən bir elmdir. Elə bil ki, bu, bir açardır. Sən əgər o açarı əldə etmisənsə, – elə fəlsəfəni də bura aid etmək olar, tarixlə politologiya bir balaca başqa formadadır – o açarla sən ömür boyu istənilən qapını aça, istənilən biliklərə yiyələnə biləcəksən. Mənim bununla əlaqədar bir neçə məqaləm də çıxmışdı, çap olunmuşdu və təklifim ondan ibarət idi ki, Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasından tutmuş ta başqa universitetlərə qədər bu fənnlərə daha çox önəm versinlər.
Tarixi nöqteyi-nəzərdən azərbaycanlılar öz tarixini yaxşı bilməlidirlər. Hətta, Azərbaycanın xarici siyasətini, cənab prezidentin uğurlu siyasətini başa düşmək, qavramaq, təhlil etmək üçün biz tariximizin və atılan siyasi-mənəvi addımların açarını əldə etməliyik. Etməsək, bizim üçün çətin olacaq. Ona görə hesab edirəm ki, – burada Ermənistandan söhbət gedə bilməz, Ermənistan bizim torpaqları qeyd-şərtsiz azad etməsə, ona olan münasibət həmişə belə də qalacaq – başqa ölkələrin, istər yaxın ölkələrin, istər uzaq ölkələrin bizə münasibətini, onlarla qurulan münasibətləri dərk etmək üçün bizim məzunlar o açarı əldə etməlidirlər.
O insanlar ki, 5 ildən, 10 ildən, 20 ildən sonra aparıcı statusda, aparıcı işlərlə məşğul olacaqlar, dövlət və qeyri-dövlət qurumlarında işləyəcəklər, ticarətlə, sahibkarlıqla məşğul olacaqlar, onlar bu açarı mütləq əldə eləməlidirlər. Ona görə bu məsələ ilə əlaqədar mənim fikrim bundan ibarətdir və hesab edirəm ki, bizim təhsil sistemində bu məsələyə bir də baxılmalıdır, ictimai fənlərə önəm verilməlidir, dərs saatları artırılmalıdır…
-Bəlkə o fənləri tədris edəcək, o fənlərdən dərs deyəcək, yəni, müasir dövrün reallıqlarına və standartlarına cavab verəcək peşəkar mütəxəssislər olmadığına (olanların da daha çox sovet-əski düşüncəli olmasına) görə, ali məktəblər bu məsələdə ehtiyatlı davranır, ictimai fənlərin tədrisini bir qədər görməzdən gəlirlər?
– Köklü, maraqlı sualdır. Mən klassik elmlərdən danışdım. Düzdür, politologiya bizdə indi, təzə-təzə formalaşmağa başlayıb, amma o da qədim elmdir. Burada bir məsələni yadınıza salım. SSRİ-də, o cümlədən, Azərbaycanda təhsil sistemi SSRİ-nin törəməsi deyil, o, Almaniyanın Bavariya sistemi və özü də çox uğurlu sistem idi. Nobel mükafatçılarına baxın. Kimlər sovet vaxtı Nobel mükafatı alıblar. SSRİ-dən kifayət qədər adamlar var Nobel mükafatçıları arasında. Bəli, onların çoxu, belə deyək, 90 faizi yəhudi idi. Ancaq nə fərqi var? Bunlar ali savadı harada almışdılar? Bunlar ali savadı İsraildə, Amerikada, Yaponiyada almamışdılar ki? SSRİ-də almışdılar. Yəni, sistem özü sistem kimi çox gözəldi, yaxşı da savad, bilik, təhsil verirdi.
Bizim elə Azərbaycanın özünün cərrahları, tanınmış böyrək həkimimiz, akademik Cavadzadə, bizim göz həkimləri, görkəmli oftolmoloqlar, rəhmətlik Zərifə xanım Əliyeva, tarixçilərimiz, geoloqlarımız, rəhmətlik Fərman Salmanov, akademik Azad Mirzəcanzadə və digərləri hamısı məhz həmin təhsil sisteminin yetişdirdiyi nəhənglər idi. Bizim hərçilərimiz, iki dəfə Sovet İttifaqı Qəhrəmanı – tankçı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanı-akademik, mərhum Ziyad Bünyadov və sair, bu insanlar hamısı sovet məkanında böyüyüb, yaşayıb, təhsil alıb, inkişaf edib və dünya şöhrətli insanlar olublar. Deməli, sistem düz olub. O sistemdən çıxan müəllimlər də çox güclü müəllimlər olub. Mən bir faktı demək istərdim: yay aylarında,1984-1985-ci illərdə ABŞ-ın, digər xarici ölkələrini məzunları ilə Kiyev Dövlət Universitetinin məzunlarının görüşləri keçirilirdi.
Bu yerdə yeri gəlmişkən onu xatılrladım ki, mənim kimi minlərlə azərbaycanlının Kiyev, Moskva, Sankt-Peterburq (Leninqrad), Xarkov və başqa-başqa iri şəhərlərin aparıcı universitetləri və ali məktəblərində oxumağının səbəbkarı məhz Ulu öndərimiz Heydər Əliyev idi. O vaxtlar ildə ən azı min nəfərə yaxın azərbaycanlını Ulu öndər göndərirdi keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərirdi. Təsəvvür edin ki, bunlarla-xarici, amerikalı tələbələrlə söhbət edəndə, onlar öz ixtisaslarına aid suallarda güclü, hazırlıq idilər.Amma bir addım sola-sağa keçəndə tarixə, coğrafiyaya, fəlsəfəyə keçid edəndə inandırım sizi ki, onlar bizim məzunlarla eyni səviyyədə deyildilər. Amerikanın aparıcı universitetlərinin məzunları düşünürdülər ki, İkinci Dünya Müharibəsini Amerika ilə Yaponiya aparıb.
Təsəvvür edirsinizmi? Yaxud, başqa tarixi məsələlər, coğrafiya məsələləri ilə bağlı bir çox sualları cavablandıra bilmirdilər, yaxud da, səhv cavablandırırdılar. Yenə də qeyd edirəm ki, onlar həqiqətən öz ixtisaslarında güclü idilər, amma ictimai, humanitar fənlərdən demək olar ki, heç nə bilmirdilər.Eyni zamanda, bu dünyada ən aparıcı elmi sistem, belə deyək, Amerikadadır, İngiltərədədir, Almaniyadadır, amma siz onların tələbələrinin və məzunlarının etnik kökünə, kimliyinə baxın. Bunların çoxu Afrikadan, Asiyadan və başqa-başqa ölkələrdən gələn insanlardır. Bunlar, xüsusən də, amerikalılar həqiqətən elə bir şərait yaradıblar ki, dünyada ən aparıcı, ən professional alimlər, cavanlar, İT texnologiyası üzrə mütəxəssislər hamısı gec-tez Amerikaya gəlib özünə yer tapır, yüksək maaş alır və bu İT texnologiyalarla məşğul olub, özlərini tanıdır, inkişaf etdirirlər.
Ümumiyyətlə, hər bir ölkənin ali məktəblərində sistem var. Bugünkü ali məktəblərin təhsil sistemində aparıcı Cənubi Koreyanın təhsil sistemidir. Bütövlükdə götürəndə savad, bilik mənasında onların sistemi hesab edirəm ki, ən güclüsüdür. Tək sistemdən də söhbət getmir, onların yanaşması, münasibəti, baxışı çox maraqlıdır, cəlbedicidir. Bunlar hamısı onu göstərir ki, bu gün Cənubi Koreya bəlkə də aparıcı ölkələrin ən aparıcısıdır. Bir qədər əziyyət çəkdikləri məsələ varsa, o da kənd təsərrüfatıdır. O da çox güman ki, coğrafi quruluş, relyeflə, ya nəsə başqa bir problemlə əlaqədardır. İsrailin özünü götürük, onların da öz sistemi var. Ona görə düşünürəm ki, bizim təhsil sistemində, – düzdür, son 2-3 ildə burada müəyyən islahatlar aparılıb və aparılmaqdadır – o cümlədən, bizim Elmlər Akademiyasının özündə böyük islahatlar aparılmalıdır.
-Bu məsələ də neçə illərdir müzakirə mövzusudur. Milli Elmlər Akademiyasında xeyli sayda institut və onun xeyli əməkdaşları var ki, çoxunun heç nə ilə məşğul olduqları, Azərbaycan və dünya elminə hansısa töhfələr verib-verdikləri məlum deyil, bəzi istisnalar olmaqla…
– Orada problem bilirsiz nədən ibarətdir? Elm elm üçün yaşamır və elm elm üçün inkişaf eləmir. Elmdə olan ixtiralar, onun həyata keçməyindən və bir də istifadəsindən asılıdır. Əgər onun istifadəsi nəticəsində iqtisadiyyatda bir dönüş, inkişaf olacaqsa və bu, kifayət qədər qazanc verəcəksə, onda həmin elmin, həmin elmlərin özü də tez inkişaf edir. Amma yenə də elə elmlər var ki, – səhiyyə, mikrobiologiya, anatomiya və sair ilə əlaqədar elmlərdən söhbət gedir – onlar heç bir qazanc verməyəcək, bununla belə, onlar cəmiyyət, ölkə, bəşəriyyət, sivilizasiya üçün lazımdır.
Yeni xəstəliklər var, həmçinin, köhnə xəstəliklər var, bunların elmi şəkildə qabağını almaq üçün mükəmməl, peşəkar səviyyədə işlər getməlidir. Bizim Akademiyada da müəyyən dəyişikliklər, islahatlar gedir, amma istərdim ki, o dəyişikliklərin, islahatların sürəti artsın. Dövlət özü də onlara fikir verir, diqqət ayırır, amma görüləsi, görüləcək işlər hələ çoxdur…
-Umumiyyətlə, bu yerdə cəmiyyətin elmə, ziyalılara münasibətinə də toxunmağınızı istərdik…
-Olsun, heç bir problem yoxdur. Görün 30 il bundan qabaq cəmiyyətin, insanların elmə, ziyalılara münasibət necə idi, indi necədir?! Müəllim istənilən məclisə daxil olanda, hamı durub ayağa qalxırdı. Həkim içəri girəndə, hamı ayağa durardı, yer göstərərdi. Bu, cəmiyyətin bu insanlara hörmət, münasibəti idi. Bu gün bunu demək bir qədər çətindir. Bu gün həqiqət budur ki, hansısa bir məclisə yüksək rütbəli bir məmur və ya varlı bir insan gələndə, dərhal o məclisdə canlanma hiss olunur, bu insanlara diqqət daha çox artır. Səhv etmirəmsə, Dostayevskinin gözəl bir cümləsi var ki, “varlı insanlara həmişə cəmiyyətdə böyük hörmət olur, hətta bilirlər ki, onun o varlığından həmin insanlara heç nə düşməyəcək, ancaq o varlıdır deyə, onun statusu, hörməti yüksək olur”.

Belə bir reallıq da var. Amma buna baxmayaraq, biz inkişafdayıq, biz dünya inkişafından ayrı gedə bilmərik. Biz nə Şimali Koreyayıq, nə Afrika ölkəsiyik, biz özümüzü Avropa ailəsində görmək istəyən bir ölkəyik, xalqıq. O biri tərəfdən də biz bilirik ki, bu gün daha çox elmlə əlaqədar əbəbiyyat, o cümlədən, bədii ədəbiyyat nümunələri və sair daha çox bizə rus dilində gəlir. Bunu da inkar eləmək olmaz. Düzdür, artıq cəmiyyətdə ingilis dilini, fransız dilini, alman dilini bilən insanların da sayı artır, minlərlə gəncimiz hər il gedir xarici ölkələrdə oxuyurlar, amma onların bura qayıdıb adaptasiya olunması özü də böyük bir problemdir. Ona görə ki, onlar artıq 5 ilə, 10 ilə başqa bir mühitə öyrəşirlər və o milli ənənələri təzədən bərpa etmək onlara cətin olur.
Milli ənənə deyərkən də, misal üçün, ictimai nəqliyyatda bir qadın və ya yaşlı bir insan, əlil daxil olur, minir, tez ayağa durub yer vermək, yaxud da, böyük içəri girəndə, hansısa bir məclisə daxil olanda ayağa qalxmaq, böyüyün sözünə axıra qədər qulaq asmaq, böyük məsləhəti, böyük xeyir-duası almaq və sair kimi məqamlar nəzərdə tutulur. Bu, bizim etnik Azərbaycan və müsəlman irslərimizdən gələn gözəl bir adət-ənənədir. Amma bu gün bu məsələlərdə yaşlı, orta nəsillə, gənc nəsil arasında ciddi fərqlər, ziddiyyətlər var. Turgenevin bir əsəri var: “Atalar və oğullar”.
Bax orada da bu ziddiyyətlərdən söhbət açılır. Bu gün cəmiyyəti narahat edən də məhz bu ziddiyyətlərdir. Mənim bir yaxın dostum var – Kamandar Nəsibov, tanınmış vəkildir, həm Azərbaycanda, həm keçmiş SSRİ məkanında, həm xaricdə gedib işlər aparıb. Vaxtım olanda gedirəm onun ofisinə, otururam, sadəcə, qıraqda dayanıb, qulaq asıram. İnanırsınız ki, çox əsəbləşirəm, hiddətlənirəm, qəzəblənirəm…
-Axı, nəyə görə?
-Məsələn, ona görə ki, görürəm ata-oğul arasında, bacı-qardaş arasında, nə bilim qohumların arasında mal-mülk davası gedir. Bunlar dözülməz, qəbulolunmaz məsələlərdir. Axı, biz niyə belə olduq? Nəyə görə atalarla uşaqları arasında, yaxud,bacı-qardaşlar və ya qardaşlar arasında belə bir nifaq yaranır? Bunlar insanı narahat edən məsələlərdir. Burada başqa bir keçid etmək istərdim: sovetlər dönəmində Azərbaycanda necə gözəl, nəhəng aktyorlar, aktrisalar, necə istedadlı insanlar vardı, yaranmışdı, formalaşmışdı. Əfsuslar olsun ki, son 10 ildəmi deyim, 15 ildəmi deyim, 20 ildəmi deyim, belə super istedadlı sənətkarlarımız yox dərəcəsindədir.

Rəşid Behbudova kim çatar? Polad Bülbüloğluna kim çatar? Yaxud, Flora Kərimovaya, Zeynəb Xanlarovaya kim çata bilər? Bu gün səhnədə belə oxuyan, bu cür nəhənglər yoxdur. Düzdür, istedadlı gənclərimiz, sənətçilərimiz var, amma o səviyyədə olanları yoxdur. Yaxud, bizim aktyorlar, yaxud, bizim kinolar. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” və sair və sair. İndiyənə qədər o kinoları, o kinoların içindəki o dialoqları insanlar yaddaşlarında saxlayırlar. İndi deyəcəklər ki, sovet vaxtı o qədər kino çəkilmirdi, göstərilmirdi. Ancaq sizə deyim ki, istər sovet məkanında, istər xaricdə, o cümlədən, Hindistanda, Fransada, İtaliyada, Amerikada kifayət qədər kinolar var idi, göstərilirdi. Bunları danmaq mümkün deyil.
Amma yenə də Azərbaycan kinolarına, “Ögey ana”, “Böyük dayaq” filminə və digərlərinə çatanı olmaz, bunlar həqiqətən şedevrlərdir. Bunlar ömrü boyu – nə qədər bu xalq yaşayacaq, bu kinolar da yaşayacaq. O vaxtı belə demək mümkünsə “speseffekt” yox idi, nə bilim qrafika yox idi, amma aktyorlar elə oynayırdılar ki, bunlar əbədi insanların zehnində qalırdılar. Məndə xüsusi kolleksiya var- Azərbaycan kinolarından ibarət. Övladlarıma da demişəm ki, onlara baxın, izləyin və siz o kinolara baxandan sonra Azərbaycan xalqının ənənələrini, tarixini, onun inklişafını, kökünü daha yaxşı başa düşəcəksiniz. Mənim arzum budur ki, Azərbaycandakı bütün gənclər bu kinolara, bu filmlərə baxsınlar. Böyük mənalar, böyük sözülər, böyük hikmətlər var o kinolarda, filmlərdə.
Məsələn, İsmayıl Şıxlının “Dəli Kür” əsərini, “Dəli Kür” filmini götürək, indiyənə qədər də maraqlıdır, başqa bir aləmdir. Odur ki, biz bunlara bir də qayıdacağıq. Çünki bu, həm tariximizdir, həm fəlsəfəmizdir, həm də cavanlar bunlara baxıb, oxuyub bilməlidirlər, özlərinə, köklərinə dönməlidirlər…
Baxış sayı: 863
Bölməyə aid digər xəbərlər

9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
26-04-2025, 09:17
Sumqayıtda şəhid Elvin Həsənovun mövludu-VİDEO+FOTOLAR
14-04-2025, 11:01
Sumqayıt şəhərində 1-ci Qarabağ şəhidi Əli Quliyevin 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
2-04-2025, 11:12
44 günlük Vətən müharibəsinin şəhidi Novruz Məmmədovun mövluduna həsr olunmuş “Bu dünyadan bir qəhrəman Novruz keçdi” adlı tədbir
29-03-2025, 11:33
Şəhid ailələri və qazilər iftar süfrəsində-VİDEO+FOTOLAR
13-03-2025, 21:27
Sumqayıtda şəhid Rüfət Mustafayevin mövludu qeyd olunub-VİDEO+FOTOLAR
11-03-2025, 23:45
Sumqayıtda şəhid Abdulla Əhmədovun mövludu keçirilib-VİDEO+FOTOLAR