Bütün xəbərlər
“Atalar və Oğullar Qələbə Zəfəri Yolunda” adlı tədbir keçirildi
Tarix: 18-06-2021 15:19 | Bölmə: Reportaj

“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai biliyinin təşkilatçılığı ilə Vətən müharibəsi qazilərin iştirakçıları ilə, "Azərkitab" Kitab Təbliğat Mərkəzində qarşıdan gələn 26 iyun Azərbaycan Ordusu gününə həsr olunmuş, ”Atalar və Oğullar Qələbə Zəfəri yolunda” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan, DAHD ictimai birliyinin prezidenti Tofiq Əli-zadə tədbir iştirakşılarının Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizi bir dəqiqəlik sükutla yad etmələrini xahiş etdi. Deyildi ki, Azərbaycan prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevin qətiyyətli əmri ilə, rəşadətli əsgər və zabitlərimizin zəfər qələbəsi ilə bizlər, erməni kimi tarixi düşmənlərdən torpaqlarımızı azad edə bildik. Natiq dedi ki son 280 ildə ilk dəfədir ki, Azərbaycan dövlətinin belə güclü ordusu döyüşlərdə böyük qələbələr əldə etdi.
Daha sonra Tofiq Əli-zadə söylədi ki, Vətən müharibəsində çox saylı atalar öz ogulları ilə bir yerdə döyüşmüslər. Belə qazilərdən bir də Ata Füzuli və oğul İlkin Razaquliyevləridr.Birinci Qarabağ-Vətən müharibəsinin qazisi olan Füzuli müəllim, ikinci Vətən müharibəsində də oğlu İlkinlə birgə erməni işğalçılarına qarşı mətinliklə döyüşmüşlər.
Daha sonra söz,Vətən Müharibəsi Veteranları Birliyinin sədri FüzUli Rzaquliyevə verildi. Füzuli müəllim dedi: "Mən ücün böyük fəxrdir ki, mən oglumla və mənim kimi yüzlərlə ata- ogullar birgə vətənin müdafiəsinə qalxaraq, düşmən üzərində qələbəmizi təmin etdik.
Çıxış edən Vətən müharibəsi qazilərindən,Zakir Abbasov, Azad Musayev,Qorxmaz Nəsirov,Qurban Osmanov, ziyalılardan Sabaha İnamla. az xəbər portalının baş redaktoru Namiq Məmmədli,Tahir Sadıqov, Almaz Zeynalova, Mehriban Abdullayeva,Şahlar Şuşalı, şəhid atası Hacı Əkbər Rüstəmov,şairə-jurnalist Aygün Hüseyn, şair Oktay Əliyev və başqaları qazilərimizın 44 günlük müharibədə gostərdikləri fədakarlıqlarından danışdılar.
Sabaha-inamla.az
              
































Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər