22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının təqdimatı olub
Tarix: 08-09-2020 16:09 | Bölmə: Reportaj
Baxış sayı: 945
Bölməyə aid digər xəbərlər
Tarix: 08-09-2020 16:09 | Bölmə: Reportaj
AMEA Naxçıvan Bölməsində bölmənin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid tədbirdə çıxış edərək, monoqrafiyanın muxtariyyətimizin 1995-2019-cu illəri əhatə edən tarixi inkişaf mərhələsini və mühüm iqtisadi nəticələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, qədim diyarımızın tarixinin, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslıq elminə ən qiymətli töhfə olduğunu bildirib. Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı” adlanan ilk fəslində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilir. Kitabda qeyd olunur ki, İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mühüm tarixi missiyaları yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin edən tədbirlər davam etdirilir, dinamik inkişaf qorunub saxlanılır.
Diqqətə çatdırıb ki, yeni nəşrdə bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi, muxtar respublikanın iqtisadi dayaqlarını möhkəmləndirməsi faktına da toxunulub. Naxçıvanda iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrasından, həyata keçirilən stimullaşdırıcı tədbirlərdən də bəhs olunub.
Kitabın “Naxçıvan Muxtar Respublikasının sosial inkişafı” adlanan ikinci fəslinin sosial inkişafın ümumi səciyyəsini və sosial sahədə baş verən dəyişiklikləri əhatə etdiyini vurğulayan Surə Seyid bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. Bu fəsildə demoqrafik proseslər və məşğulluq problemlərinin həlli, səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının qorunması məsələsi də araşdırılıb, statistik göstəricilər və dinamik inkişaf konkret faktlarla təhlil edilib.
Surə Seyid deyib: “Naxçıvan Muxtar Respublikasının mədəniyyəti” adlı üçüncü fəsil Naxçıvanda təhsil, elm, mədəni-maarif məsələlərini, ədəbiyyat, mətbuat, incəsənət və turizm sahələrini əhatə edir. Həmin fəsildə diyarımızda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və elmi nəticələrin xaricdə tanıdılması sahəsində atılan bir sıra mühüm addımlardan bəhs olunur”.
Nəşrdə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması ilə əlaqədar və imzalanan digər sərəncamlar zəngin tariximizin elmi axtarışlar və tədqiqatlar nəticəsində müstəqil düşüncə işığında öyrənilməsi, innovativ layihələrin dəstəklənməsi və tədqiqat nəticələrinin elmi nəşrlər vasitəsilə geniş ictimaiyyətə çatdırılmasına şərait yaradır. Monoqrafiyada elmi-mədəni tərəqqinin əsas göstəricisi sayılan təhsilin inkişafı elmi təhlil süzgəcindən keçirilib, təhsilin inkişafına yönəlmiş layihələrin və Dövlət proqramlarının uğurlu icrasından bəhs edilib. Həmçinin tarixi irsin qorunması istiqamətində aparılan kompleks tədbirlər, muzey quruculuğu, mədəni inkişafla bağlı islahatlar, keçirilən mədəni-kütləvi tədbirlər və Naxçıvanın çoxəsrlik mədəni inkişafı ilə əlaqədar dünya miqyasında aparılan təbliğat işləri yeni elmi nəşrdə tədqiqata cəlb edilən sahələrdir.
Turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər monoqrafiyanın “Turizm” bölməsində geniş şərh olunub və statistik məlumatlarla əsaslandırılaraq göstərilib ki, muxtar respublikada aparılan quruculuq-abadlıq tədbirləri, muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktur, modern otellər şəbəkəsi, istirahət mərkəzləri, kənd və dağ turizmi üçün münbit ərazilərin və şəraitin formalaşması Naxçıvanı həm də turizm üçün cəlbedici bir məkana çevirib. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət edib. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı sayılan “Vanderlast” Naxçıvan şəhərini dünyanın səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. Yeni nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club”un Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlməsi faktı da öz əksini tapıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, iqtisad elmləri doktoru, professor Nazim Əhmədov monoqrafiyada yer alan mövzular barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər bildiriblər ki, monoqrafiyada Naxçıvan Muxtar Respublikasının 1995-2019-cu illərdə sosial-iqtisadi və mədəni tərəqqisinin ən mühüm cəhətləri tədqiq edilib, diyarımızın dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar, rəqəmlər əsasında təhlil olunub. Nəşri vərəqlədikcə gözlər önündə şəhər və kəndlərimizin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, yolların çəkilməsi, səliqə-sahmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilən misilsiz işlər, o cümlədən muxtar respublikanın bugünkü ümumi mənzərəsi canlanır. Doğma diyarımızın 25 ilə yaxın bir dövrdə formalaşan inkişaf modelinin 19 istiqamətini özündə ehtiva edən kitab təhsil, mədəniyyət, sosial, iqtisadiyyat və digər sahələrdə çalışan mütəxəssislər, müəllim və tələbələr, tədqiqat işi ilə məşğul olan elm adamları üçün fundamental elmi baza rolunu oynayır. Beləliklə, muxtar respublikanın müstəqillik yollarında əldə etdiyi uğurlara, keçdiyi tarixi inkişaf yoluna bələd olmaq, tariximizin bu dövrünü öyrənmək istəyən hər kəs bu kitabın imkanlarından faydalana bilər.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında muxtar respublikanın son 25 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, həyata keçirilən innovativ layihələr və qazanılan nailiyyətlərdən geniş bəhs edib, monoqrafiyanın ərsəyə gəlməsinə göstərdiyi böyük diqqət və qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirib.
Təqdimat mərasimində mövzu ilə bağlı slayd nümayiş olunub.
Qeyd edək ki, Ali Məclis Sədrinin tapşırığına əsasən hazırlanan, muxtar respublikanın 95 illiyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunub. Giriş hissə və üç fəsildən ibarət olan monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, rəyçiləri iqtisad elmləri doktoru, professor Nazim Əhmədov, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.
Baxış sayı: 945
Bölməyə aid digər xəbərlər
12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR













