20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
10:50 / 01-11-2026
Tehran Britaniya Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini terrorçu elan edib
10:46 / 01-11-2026
İran vətəndaşlarının nüvə doktrinasını dəyişdirmək istəyini açıqladı
10:42 / 01-11-2026
Rusiyalı diplomat Danimarkanı Ukrayna Silahlı Qüvvələri üçün istehsal arxası adlandırdı
09:38 / 31-10-2026
Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin qardaşı toy günü onun məzarını ziyarət etdi-VİDEO+FOTOLAR
19:45 / 30-10-2026
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adl ıtədbir keçirilib
19:12 / 30-10-2026
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
20:45 / 29-10-2026
"Bloomberg" və iki firma Trampın nəşrlərinə erkən giriş üçün pul ödəyəcək
20:41 / 29-10-2026
DPA: Almaniyadakı fəallar iki gün ərzində üçüncü bir universitetin girişini bağladılar
20:37 / 29-10-2026
İran Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
20:28 / 29-10-2026
Polis neft çirklənməsi səbəbindən turistləri dənizdən təxliyə edir
20:25 / 29-10-2026
66 yaşlı qadın vəhşicəsinə saxlanıldıqdan sonra öldü
20:21 / 29-10-2026
15 milyon rubl ödəməyi əmr etdi
20:12 / 29-10-2026
ABŞ-dan olan bir köhnə mömin rahib Krasnoyarsk diyarında nərə balığı tutduğuna görə həbs edilib
20:04 / 29-10-2026
Rik Sançez: "Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb"
19:44 / 29-10-2026
TASS: Bir avtomobilin altında partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib Stavropolda bir avtomobilin altında partlayıcı qurğu zərərsizləşdirilib
19:41 / 29-10-2026
Netanyahunun partiyası səslərin 97,3%-i sayıldıqdan sonra liderliyini qoruyub saxlayır
10:16 / 29-10-2026
Rosatom ABŞ ilə bir sıra əməkdaşlıq sahələrini müzakirə etdiyini açıqladı
10:13 / 29-10-2026
Braziliya Bolsonaronun açıqlamalarının Lula da Silvanın hakimiyyətini təhdid etmədiyini bildirir
10:08 / 29-10-2026
Media: ABŞ nüvə obyektində laboratoriya yanğınında bir nəfər xəsarət alıb
“Həmin silahı alıb atama qaytaracam” - Olimpiya mükafatçımız
Tarix: 05-08-2021 14:00 | Bölmə: Müsahibə
“Qırğızıstan güləşçisi ilə görüşdə nə baş verdiyini anlamırdım. Karyeramın ən utancverici görüşü idi. Həmin kadrlara heç vaxt baxmayacağam”. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının rəsmi instaqram səhifəsinə müsahibəsində Tokio 2020-nin bürünc mükafatçısı Rafiq Hüseynov deyib.
33 yaşlı yunan-Roma güləşçisi saat fərqinin çıxışına təsir etdiyini bildirib: “Məğlubiyyəti nəyləsə bağlamaq mənim tərzim deyil. Hakimin uduzdurmağı, ayağının sürüşməyi, xəstələnməyin heç kimə maraqlı olmur. Hər kəs səndən qələbə gözləyir. Amma bu da faktdır ki, saat fərqi çıxışa təsir edir. Gecə yatmamışdım. Ümumiyyətlə, gəldiyim gündən yuxu rejimim pozulmuşdu. Sabahı gün də son dünya çempionatının gümüş mükafatçısı, həmçinin dünya reytinqində ikinci yerdə olan Aleks Kessidislə üz-üzə gəlirdim. Görüşümüz 1/8 final mərhələsində sonuncu idi. Mənim qarşılaşmamdan dərhal sonra da 1/4 final mərhələsi başladı. Kessidislə görüşdə çox güc sərf etmişdim, bərpa üçün isə vaxtım yox idi. Bütün bunlar mənə çətinlik törətdi, amma yenə də bu, uduzmağıma birbaşa səbəb deyildi. Hər halda rəqib də mənim kimi məşq edib, əziyyət çəkib Olimpiadaya gəlmişdi. Müəyyən səhvlərim oldu. Qırğızıstan güləşçisi ilə görüşdə sanki bataqlıqda idim. Nə baş verdiyini anlamırdım. Güləş sanki heç vaxt məşğul olmadığım idman növü idi. Həmin kadrlara heç vaxt baxmayacağam”.
İkiqat Avropa çempionumuz Ermənistan güləşçisi Karapet Çalyanla üçüncülük görüşündən də danışıb: "Bürünc uğrunda güləşdiyim gün mənə rahat oldu. Səhərki görüşdən sonra bərpa üçün kifayət qədər vaxtım oldu. Erməni ilə görüş səhər saatlarına düşsəydi, mənə çox ağır olardı.
Mən hər yarışdan əvvəl rəqiblərimi dərindən analiz edirəm. Ermənistan güləşçisinin də görüşlərini izləmişdim. Nə vaxt nə edəcəyini bilirdim. Hesabımı götürmüşdüm ki, ilk hissədə ona qarşı ayaq üstü fənd işlətməliyəm.
Erməni görüş ərzində çox aqressiv idi. Əvvəlcədən bilirdim ki, güləş qaydalarından kənar hərəkətlər edir. Ona görə birinci dəfə başla vuranda hakimə işarə etdim ki, nəzərə alsın. Çünki bu, ikinci dəfə baş versə, artıq hakimin xəbərdarlıq verməmək şansı olmayacaqdı. Rəqibin haqqında topladığım biliklər sayəsində parterdən xal vermədən çıxa bildim. Bundan sonra artıq 70-80 faiz qalib gəldiyimi düşünürdüm. Çünki ikinci hissədə müəyyən fəallıq bəs edirdi ki, rəqibə xəbərdarlıq versinlər və mən sonuncu xal prinsipinə əsasən, qarşılaşmanı qazanım. Bonus olaraq erməni yenə başla vurdu, növbəti xallar da beləcə hesabıma əlavə olundu. Məşqçi də ağılsızlıq edib videotəkrara baxılmasını istədi, bir xal da ordan aktivimə yazıldı. Həmin vaxt görüşün bitməsinə, səhv etmirəmsə, 1 dəqiqə 40 saniyə qalmışdı. Çevrilib bizim böyük məşqçimiz Rövşən Bayramova baxanda gözlərindən hiss etdim ki, mən qalibəm. Çox fərqli duyğular idi. Qələbədən sonra verdiyim reaksiyaları xatırlamıram. Xahiş etmişəm ki, görüşün videoyazısını göndərsinlər, baxım”.
Olimpiadanın bürünc medalını qazandıqdan sonra “Bu, atamın qələbəsidir” deyə açıqlama verən Hüseynov, yeniyetməlik xatirəsini bölüşüb: “2003-cü ildə Avropa çempionatına federasiyanın imkansızlığı səbəbindən məhdud sayda uşaq seçilmişdi. Digərləri səfər xərcini özü ödəməli idi. Mən o yarışa getməyi çox istəyirdim, amma maddi vəziyyətimiz buna imkan vermirdi. O vaxt atam ona hədiyyə olunan Amerika istehsalı silahını satıb, məni Avropa çempionatına göndərdi. Orada iki görüş udub, üçüncünü uduzdum. 11-ci yeri tutdum. O silahın satılmağı karyeramın startı idi. Özümə söz vermişdim ki, nə vaxtsa Olimpiya medalı alsam, silahı alıb atama qaytaracağam. Kimdə olduğunu da bilirəm”.
Olimpiya mükafatçısı karyerasını bitirmək niyyətində olmadığını ifadə edib: “Biz idmançılar arasında belə bir fikir var: İdman səni buraxmayınca, sən idmanı buraxma. Sağlamlığım imkan versə, növbəti Olimpiadaya da hazırlaşacağam”.
Baxış sayı: 850
Bölməyə aid digər xəbərlər

20-10-2026, 13:08
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ