00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Aktrisa ilə evlənib, onu kinoya həsrət qoyan REJİSSOR
Tarix: 28-07-2019 10:10 | Bölmə: Mədəniyyət

Azərbaycan kino tarixində saysız rejissorlar olub. “Balaxanıda neft fantanı” müəllifindən tutmuş “Dolu”, “Sübhün səfiri” filmlərini çəkən rejissorlara qədər. Peşəkar filmlər çəkiblər. Ola bilər ki, çəkdikləri filmlər arasında indiyə qədər sevilənləri var. Amma həmin rejissorları ustad adlandırmaq olmaz, çünki özlərindən sonra nə onların yolunu davam etdirən rejissor var, nə də kəşf etdikləri aktyor. Hazır “məhsullardan” yararlanıb filmlərini çəkiblər, vəssalam.
Elələri də olub ki, onlarla assisentlik edənlər indi peşəkar rejissorlardır. Kəşf etdikləri aktyorlar isə kinomuzun inciləri...
Haqqında söhbət açacağımız rejissor Rasim Ocaqov ikincilərdəndir. O, yalnız film çəkməklə işini bitirmiş hesab etmədi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirdi. Kəşf edib kinoya bəxş etdiyi aktyorlara hələ də çox böyük ehtiyac var.
Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi. Düşüncəli görkəmi vardı. Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı. Amma onunla ünsiyyət qurmaq da çətin deyildi. Elə ki, səni tanıdı, məmnuniyyətlə söhbət edər, isinişərdi.
Şəkidə dünyaya gəlmişdi. Uşaqlıqdan foto ilə maraqlanmağa başlamışdı. Həvəskar şəkillər çəkirdi, amma arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.
Çox filmlərdə operator kimi çalışıb. “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində”ni kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. Rasim Ocaqov bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir. (1977).
Bu yerdə düşünürəm: kim olsaydı deyərdi ki, MÜDKİ-nun diplomunu alandan sonra nəyimə lazımdır, İncəsənət İnstitutunu bitirmək?

Amma Rasim Ocaqov həmişə peşəkarlığa xüsusi önəm verib, üstəlik çox məsuliyyətli insan idi.
İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxuyur”. Ayrılan vəsait xərclənib, plyonka işlənib, çəkilən çəkilib. Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır.
O vaxtdan Rasim Ocaqovun rejissorluq yolu başlayır. 1973-cü ildən quruluşçu-rejissor kimi çalışır. “Ad günü”, “Bağlı qapı”, “İstintaq”, “Onun böyük ürəyi” filmlərini çəkir. “Onun böyük ürəyi” filmi Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Filmə baxanda hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəmməldirsə, deməli, filmin baxımlılığı təmin olunub.
Orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət etdiyi Sveta Cavadovaya aşiq olması isə filmlərə ara verməyinə səbəb olur. Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.
Bu sevgi onların evliliyi, Svetanın isə kinoya həmişəlik vida etməsi ilə nəticələnir.
Rasim Ocaqov filmlərini çəkməklə məşğul olur və 1990-cı ildə “Ocaq” studiyasını yaradıb öz sevimli işini müstəqil davam etdirməyə başlayır.
“Tütək səsi”, “Özgə ömür”, “Park” “Təhminə”, “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”, “Ölsəm, bağışla” filmləri Ocaqovun yaradıcılığının məhsuludur.
Deyirdi ki, müharibə filmləri çəkə bilmirəm, çünki onu yaşamamışam. Rasim Ocaqov yalnız içindən keçənləri, yaşadıqlarını ortaya qoyan rejissorlardan idi. Ona görə də çəkdiyi filmlər sevilir və illər sonra da tamaşaçıya təsirsiz ötüşmür.
Səhhətindəki problemlərdən əziyyət çəksə də, onu yıxan siqareti atmırdı. Deyirdi, onun hər qullabı beynimdə yaranan bir süjetdən çıxır.

Kinematoqrafçılar İttifaqında işləyəndə isə film çəkmirdi daha. Düşünürdü ki, kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi var və kifayət qədər də film çəkib. Özü deməsə də, hamı bilir ki, Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar onun aktyor tapıntılarıdır. Operator Kənan Məmmədov həmişə Rasim Ocaqov məktəbindən bəhrələndiyini deyir.
Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir, tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.
Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının əməkdar incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 7 iyul 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. "Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini götürsək, canlı varlıq olan kino yarıçılpaq qalar”.
Bu, onun filmlərində çəkilən rusiyalı aktyor Aleksandr Kalyaginin fikridir.
Modern.az
Baxış sayı: 917
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb