Bütün xəbərlər
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
Tarix: 20-04-2026 18:29 | Bölmə: Mədəniyyət


 "Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan amerikalı aktyor Patrik Muldun 19 aprel səhəri 57 yaşında vəfat edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Deadline" məlumat verib.
Nəşrin məlumatına görə, ölümün səbəbi infarkt olub.
Bacısı Şana Muldun-Zappa TMZ-yə bildirib ki, aktyorun sevgilisi onu uzun müddət çıxmadığı üçün vanna otağının döşəməsində huşsuz vəziyyətdə tapıb. Şananın sözlərinə görə, gələn təcili yardım işçiləri Patriki həyata qaytarmağa çalışıblar, lakin uğursuz olublar.
Muldoon həmçinin 1992-ci ildən 1995-ci ilə qədər və 2011-ci ildən 2012-ci ilə qədər rol aldığı "Həyatımızın günləri" televiziya serialındakı Austin Rid rolu ilə də tanınır. O, həmçinin "Melrose Place" serialında Richard Hart rolunu oynayıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi