18:47 / 27-05-2026
İt uşağa hücum etdi
Bütün xəbərlər
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
Tarix: 27-05-2026 18:18 | Bölmə: Mədəniyyət

              bir-defe-xestelendim-meni-evez-eden-olmadi


Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə diqqət çəkib.
“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, aktyor “Günə bax” proqramında onu heç kimin əvəz edə bilməyəcəyini deyib:
“Heç kimin yerini kimsə verə bilməz. Hacıbaba Bağırov bir dəfə dedi ki, rollarımı oynayan aktyor Çingizdir. Amma indi mən baxıram teatra, görürəm yox. Mənim rollarımı oynayacaq adam yoxdur. Bir dəfə xəstələndim, dedim məni başqası əvəz etsin. Cavab verdilər ki, kim? Yoxdur. Bir ara həmin teatrdan küsmüşdüm. 42 ildir teatrdayam. 1972-ci ildən televiziyadayam. Uşaq verilişləri apardım. Barmaqla sayılacaq aktyorlarımız var idi, itirdik onları. Hər aktyoru əvəz edən yoxdur”.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi