21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Xəstəxanaya yerləşdirilmiş bütün teatr işçiləri evə buraxılıb
Tarix: 09-04-2026 21:50 | Bölmə: Mədəniyyət


 Krasnoyarsk Musiqili Teatrının 28 işçisi 6 apreldə xəstəxanaya yerləşdirilmişdən sonra Moskvadakı xəstəxanadan evə buraxılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a "Qızıl maska" festivalının mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, 28 işçidən 18-i 8 apreldə xəstəxanadan, qalan işçilər isə 9 apreldə günortadan sonra evə buraxılıb.
Həkimlər lazımi yardımı göstəriblər. Onlar evə qayıtmağa hazırlaşırlar.
Zəhərlənmənin səbəbi dəqiqləşdirilməyib.
"Kölgə boksu" tamaşasını təqdim etmək üçün Moskvaya gələn Krasnoyarsk Musiqili Teatrının 28 işçisi xəstəxanaya yerləşdirilib. Tamaşanın aprelin 6-da Mossovet Teatrında "Qızıl maska" mükafatlarının 32-ci mövsümü çərçivəsində keçirilməsi planlaşdırılırdı.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA