18:00 / 19-05-2026
Yeddi yaşlı qız boğuldu
Bütün xəbərlər
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
Tarix: 20-05-2026 20:14 | Bölmə: Mədəniyyət


 Avstraliyalı müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulmuşdu və hər iki dəfə də xəstəliyi məğlub etmişdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Sydney Morning Herald" "Kayli" sənədli filminə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, sənətçiyə ilk dəfə döş xərçəngi diaqnozu 2005-ci ildə qoyulub.Bir il sonra, şişin çıxarılması, kimyaterapiya və radioterapiyadan sonra o, sağalıb.
"Mənə ikinci dəfə 2021-ci ilin əvvəlində xərçəng diaqnozu qoyulub.Bunu sirr saxlamağı bacardım".
O, BUNU SƏNƏDLİ FİLMLƏ PAYLAŞDI.
Müğənninin sözlərinə görə, beş ildir yaşadığı çətinliklərdən danışmaq istəyib, amma mahnılarında bunları əks etdirərək cəsarət etməyib.
Qeyd olunur ki, Minouqa ikinci dəfə diaqnoz qoyulan xərçəng növünü açıqlamayıb.Lakin sənətçi xəstəliyin erkən aşkarlandığını və yenidən sağaldığını açıqlayıb.
Daha əvvəl Lerçek kimi tanınan bloger Valeria Çekalinanın doqquz kimyaterapiya kursundan beşincisini keçirdiyi bildirilirdi. Ona IV mərhələ mədə xərçəngi diaqnozu qoyulub.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi