Bütün xəbərlər
"Möhtəşəm əsr" aktrisası Eyüboğlunun narkotik testi müsbət çıxıb
Tarix: 06-01-2026 19:41 | Bölmə: Mədəniyyət

Məşhur türk serialı "Möhtəşəm əsr"in aktrisası Ezgi Eyüboğlunun narkotik testi müsbət çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Krım xanının qızı Aybige Xatun rolunu canlandıran 37 yaşlı aktrisa 19 dekabrda narkotik istifadə şübhəsi ilə saxlanılıb.
"Əvvəllər saxlanılan aktrisalar Ezgi Eyüboğlu və Melisa Dengelin narkotik testi müsbət çıxıb.Onların orqanizmində kokain izləri aşkar edilib", - deyə, nəşr bildirib.
Digər türk aktrisası İrem Sak da qanunsuz maddələrdən istifadə şübhəsi ilə saxlanılıb.Onun narkotik testi mənfi çıxıb.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA