22:08 / 21-12-2025
Avtomobil yanıb
Bütün xəbərlər
Eysmont: "Lukaşenko Putinə hədiyyə olaraq rəsm gətirib"
Tarix: 21-12-2025 20:29 | Bölmə: Mədəniyyət

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə hədiyyə olaraq rəsm gətirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Onun sözlərinə görə, rəsm xüsusi olaraq Rusiya prezidenti üçün "Belarus ruhu" ilə çəkilib.
"Bu dəfə biz ötən dəfə vəd etdiyimizi gətirdik, çünki Rusiya Federasiyasına, Rusiyanın şimal paytaxtına məhz bu səfəri səbirsizliklə gözləyirdik.Rəsm həqiqətən buna dəyər. Bu, bizim əsas hədiyyəmizdir. Əlbəttə ki, başqa Yeni il hədiyyələri də olacaq", - Eysmont deyib.
Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gəlib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər