Bütün xəbərlər
Parisdə Puşkinin abidəsi açılıb
Tarix: 20-11-2025 23:37 | Bölmə: Mədəniyyət

Rus şairi Aleksandr Puşkinin abidəsinin açılış mərasimi Parisdə keçirilib. Görüntülər "Rossiya 1" televiziya kanalında nümayiş etdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, heykəltəraş Aleksandr Taratynov olub. Şairin büstü Pravoslav Ruhani və Mədəniyyət Mərkəzinin ərazisində qoyulub.
"Bizim üçün bu, ümidin tamamilə ölməməsi, xalqlarımızın əsrlər boyu mədəni və tarixi əlaqələrini qoruyub saxlaması deməkdir", - deyə, Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov bildirib.
Əvvəllər Kalininqradda Puşkinin naməlum imzasının ilk dəfə nümayiş etdirildiyi bildirilirdi.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər